Qaynar xətt:

(+99450) 247 90 86

Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər 

Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər 

CƏMİYYƏT

64

02.09.2026, 19:29

Bir qrup azərbaycanlı jurnalist İsrailin Akko şəhərində Azərbaycandan olan dağ yəhudiləri icmasının nümayəndələri ilə görüş keçirib.

Oxu24.com-un İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, icma nümayəndələri xalqlar arasında dostluğun, eləcə də bütövlükdə iki ölkə münasibətlərinin möhkəmləndirilməsindəki rollarından danışıblar.

"Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyəcəyik, onun maraqlarını İsraildə təmsil edəcəyik", - Akko şəhərinin azərbaycanlı dağ yəhudiləri icmasının rəhbəri Nexemiya Şirin Mixaeli deyib.

O, həmçinin iki ölkə arasında dostluğun gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

"İsraildə biz Azərbaycan üçün sadəcə dost deyil, qardaşıq. Azərbaycan Ermənistan üzərində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edəndə, İsrail küçələrində insanlar bu hadisəni eynilə Bakıda olduğu kimi qeyd edirdilər", - o vurğulayıb.

Görüş zamanı Akko meri Oxad Segev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunova qardaşının xatirəsinin tanınması və əbədiləşdirilməsi sertifikatını təqdim edib.