Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
232
02.09.2026, 16:30
Müasir cəmiyyətdə insanların sosial statusu və maddi imkanları onların fərd kimi qəbul olunmasında, ictimai münasibətlərində mühüm rol oynayır. Çox vaxt fərdin cəmiyyətdəki mövqeyi, gəlir səviyyəsi və mənsub olduğu təbəqə onun ətrafdakılar tərəfindən necə qarşılanacağını birbaşa müəyyənləşdirir. Bu cür təbəqələşmə insanlar arasında sosial sədlər yaradaraq var-dövləti və xarici parıltını mənəvi dəyərlərdən daha ön plana çıxarır. "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi də məhz bu acı sosial reallığı özündə əks etdirir. Maddi imkanların şəxsi keyfiyyətləri üstələməsi, cəmiyyətdə aldanma və manipulyasiya meyllərini artıraraq stereotipləri daha da dərinləşdirir. Bəs var-dövlətə görə fərqli münasibətin gösterilməsi insanlar arasındakı bağları və cəmiyyətin strukturunu necə dəyişir?
Mövzu ilə bağlı Oxu24.com-a sosioloq Naib Niftəliyev ətraflı şərh verib.
Sosioloq bildirib ki, cəmiyyətdə insanların maddi rifahı doğulduğu gündən etibarən diqqət mərkəzində olan vacib məsələlərdəndir:
"Hər kəs gələcəyi və rifahı haqqında düşünür, bu düşüncələr müəyyən fəaliyyətlə tamamlanır. Sosial statusla maddi imkanlar arasında birbaşa korrelyasiya və əlaqənin olduğunu söyləmək mümkündür. Kapitallaşmış, təbəqələşmiş və orta təbəqəsinin sabit olduğu cəmiyyətlərdə insanın yerinə, mövqeyinə və gəlirlərinə görə qiymətləndirilməsi çox əhəmiyyətli məsələdir.
Yüksək statusa malik olmaq hər zaman yüksək təbəqəni təmsil etmək demək deyil, yaxud yüksək təbəqənin təmsilçisi olmaq birbaşa yüksək sosial status qazanmaq anlamına gəlmir. İnsanın şəxsi davranışı, şəxsiyyəti, rəftarı və mənəvi keyfiyyətləri hər zaman önəmlidir”.
"Təhsil yalnız diplom demək deyil"
Ekspert təhsilin və maliyyə idarəçiliyinin roluna da toxunub:
"Beynəlxalq çoxölçülü yoxsulluq indeksinə görə, insanın maddi imkanlarını təmin edən müstəsna şartlərdən biri təhsildir. Təhsilin səviyyəsi və keyfiyyəti insanın maddi imkanlarını təyin etməsinə, qorumasına və möhkəmləndirməsinə xidmət edir. Lakin bu, yalnız təhsilin özündən çox, təhsilə olan münasibətlə şərtlənir. İnsan dərin biliklərə malik olmaya bilər, amma ətrafına təhsilli, keyfiyyətli şəxsləri toplayıb vahid komanda yaradarsa, maliyyəsini düzgün idarə edib daha böyük uğurlar qazana bilər. Maddi imkanlara malik olmaq səbəb deyil, səbəbdən daha çox bir vasitə kimi başa düşülməlidir”.
Naib Niftəliyev cəmiyyətdə formalaşan tənqidi yanaşmaları və psixoloji təzyiqləri belə izah edib:
"Burada bir paradoks var: cəmiyyət maddi imkanları və sosial statusu bərabər olan insanlar arasında maddi imkanları daha çox olanları önə çəkir, qiymətləndirir. Kim daha varlıdırsa, cəmiyyət ona daha çox diqqət yetirir və ondan daha çox şey umayır. Cəmiyyət öncə gördüyünə inanır və gördükləri əsasında mühakimə yürüdür. İnsanlar düşünür ki, 'əgər sən ağıllı, varlı, imkanlısansa, bunu geyimində, rəftarında, davranışında sübut etməlisən. Ağıllısansa, niyə kasıb olmalısan?'. Kasıb olduğun halda ağlın işə yararmırsa, bu da bir müzakirə və lağ obyekti ola bilir. Bir tərəfdən məsələ başa düşüləndir, digər tərəfdən isə hassas və subyektivdir”.
Sosioloq sosial təbəqələşmənin yaratdığı fəsadlardan və çıxış yollarından danışıb:
"Sosial təbəqələşmə cəmiyyətdə müəyyən ayrı-seçkilik və təzadlar yaradır. Bunu tənzimləmək üçün yazılmış və yazılmamış qanunlar var. Yoxsulluq səhv və ya günah deyil. Amma yoxsul yaşamaq, buna davam etmək və özünü yaşayışdan məhrum etmək artıq düşüncə yoxsulluğu deməkdir. İnsan orta təbəqədə özünü möhkəmləndirə bilmirsə, yaşayış imkanlarını yaxşılaşdırmağa çalışmırsa, bu nöqsan kimi dəyərləndirilir.
Maddi imkanlar cəmiyyətdə insanları manipulyasiya etmək, aldatmaq imkanı yaradır. Cəmiyyət aldanmağa və böyük səhvləri kiçik bağışlamalar müqabilində unutmağa meyllidir. Bu, cəmiyyətin stereotipləşmiş nöqsanıdır. Halbuki maddi imkanlar yazılmış və yazılmamış qanunların kəsərini azaltmamalıdır. Hər kəsə ilk növbədə insan kimi yanaşılmalıdır”.
Sonda Naib Niftəliyev vurğulayıb ki, müasir cəmiyyətdə ən böyük kapital insanın özüdür:
"Sosial statusunu hər kəs əhəmiyyətli dərəcədə özü müəyyənləşdirir. Minimum tələbatların ödənilməsi bazasında baş verən davamlı şəxsi inkişaf həm maddi imkanları, həm də sosial statusu tamamlayan ən əsas amildir”.
Çimnaz Telmanqızı
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.