Göbələk alanlar mütləq BUNU BİLMƏLİDİR
02 Noyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
271
02.09.2026, 17:25
Gündəlik həyatda bir çox insan ürək döyüntülərini başında, qulağında və ya sinəsində şiddətli şəkildə hiss etdiyindən şikayətlənir. Tez-tez qarşılaşılsa da, bu hal əksər vaxt adi yorğunluq və ya həyəcanla əlaqələndirilərək diqqətdən kənarda qalır. Lakin mütəxəssislər bildirirlər ki, orqanizmin bu siqnalı bəzən ciddi sağlamlıq pozuntularının göstəricisi ola bilər. Xüsusilə nəbzin ritmindəki ani dəyişikliklər və duraksamalar vaxtında müayinə olunmadıqda ciddi fəsadlara yol açır. Bəs hansı hallarda duyulan ürək səsi normadır, hansı məqamlarda isə təcili həkimə müraciət edilməlidir?
Oxu24.com xəbər verir ki, kardioloq Dr. Üzeyir Rəhimov mövzu ilə bağlı vacib məqamlara aydınlıq gətirib.
Mütəxəssisin sözlərinə görə, sağlam insanın öz ürək döyüntüsünü hiss etməməsi əsas normadır:
“İnsan yalnız gecə başını yastığa qoyduqda və ya aritmiya zamanı ürək döyüntüsünü hiss edə bilər. Digər hallarda heç bir xəstəliyi olmayan şəxs bu döyüntünü duyumamalıdır”.
O qeyd edib ki, ürək səsi hiss edildikdə ilk növbədə nəbz sayılmalıdır. Dəqiqədə 60–100 arası ritmik (eyni intervalla vurğan) nəbz norma hesab olunur. Nəbzdə duraksamalar və boşluqlar yarandıqda (ürək vurub dayandıqdan sonra yenidən vurursa), bu aritmiya əlamətidir və mütləq ciddi yanaşılmalıdır.
Həkim bildirib ki, nəbzin sayının 100-dən yuxarı olması orqanizmdə infeksiya, qanazlığı və ya zəhərli tiroid kimi xəstəliklərin mövcudluğundan xəbər verə bilər:
“Xəstəlik olmasa belə, emosional gərginlik, stres və xüsusilə yuxusuzluq nəbzi artırır. Yuxusuz qaldıqda döyüntülər çoxalıb gərginlik yaradır, bu da yüksək nəbzin ən yayğın səbəblərindəndir”.
Jalə
02:55 / 02 Noyabr 2026
125
01:12 / 02 Noyabr 2026
117
00:41 / 02 Noyabr 2026
182
00:26 / 02 Noyabr 2026
172
00:06 / 02 Noyabr 2026
404
23:52 / 01 Noyabr 2026
365
23:45 / 01 Noyabr 2026
1090
23:40 / 01 Noyabr 2026
138
23:27 / 01 Noyabr 2026
212
23:25 / 01 Noyabr 2026
526
23:14 / 01 Noyabr 2026
222
23:00 / 01 Noyabr 2026
531
22:56 / 01 Noyabr 2026
148
22:04 / 01 Noyabr 2026
151
21:49 / 01 Noyabr 2026
170
21:49 / 01 Noyabr 2026
164
21:26 / 01 Noyabr 2026
346
21:14 / 01 Noyabr 2026
350
20:55 / 01 Noyabr 2026
291
20:49 / 01 Noyabr 2026
132
20:35 / 01 Noyabr 2026
818
20:24 / 01 Noyabr 2026
171
20:20 / 01 Noyabr 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.