Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
218
02.09.2026, 17:35
Qəfil ürək dayanması ürəyin elektrik fəaliyyətinin qəfil pozulması nəticəsində effektiv qan dövranının dayanmasıdır və təcili müdaxilə edilmədikdə bir neçə dəqiqə ərzində ölümə səbəb ola bilər. Çox vaxt bu təhlükəli halın tamamilə gözlənilmədən baş verdiyi zənn edilsə də, əslində müəyyən risk qruplarını əvvəlcədən müəyyənləşdirmək mümkündür. Müvafiq profilaktik tədbirlər və vaxtında kardioloji müayinələr sayəsində bu səbəbdən baş verən ölümlərin mühüm bir hissəsinin qarşısını almaq potensialı mövcuddur. Eyni zamanda, hadisə anında ilkin müdaxilənin düzgün təşkil edilməsi və cəmiyyətin bu sahədə maarifləndirilməsi xüsusi həyati əhəmiyyət kəsb edir. Mövzu ilə bağlı Oxu24.com-a tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ətraflı məlumat verib.
Əsas risk faktorları və xəbərdaredici əlamətlər
Cərrah Rəşad Mahmudovun sözlərinə görə, qəfil ürək dayanması riskini artıran amilləri əvvəlcədən qiymətləndirmək mümkündür:
”Koronar ürək xəstəliyi, əvvəl keçirilmiş infarkt, ürək çatışmazlığı və yığılma qabiliyyətinin ciddi azalması, bəzi ritm pozğunluqları, kardiomiopatiyalar, eləcə də anadangəlmə və irsi elektrik xəstəlikləri. Yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, siqaret çəkmək və piylənmə koronar xəstəlik riskini yüksəldərək dolayı yolla qəfil ürək dayanması riskinə təsir edir. Ailədə gənc yaşda izah olunmayan qəfil ölüm hallarının olması xüsusi diqqət tələb edir”.
Mütəxəssis xəbərdarlıq edir ki, fiziki yük zamanı və ya istirahətdə sinə ağrısı, səbəbsiz təngnəfəslik, ürəkdöyünmə, xüsusilə də fiziki fəaliyyət zamanı huşun itirilməsi və ya huşitirməyə yaxın vəziyyətlər mütləq həkim tərəfindən araşdırılmalıdır. Ailəsində gənc yaşda qəfil ölüm olan şəxslər isə heç bir şikayəti olmasa belə kardioloji qiymətləndirmədən keçməlidirlər.
Rəşad Mahmudov vurğulayıb ki, qəfil ürək dayanmasının bütün hallarını sıfırlamaq mümkün olmasa da, düzgün addımlarla riski kəskin azaltmaq olar:
1.Vaxtında profilaktika: Yüksək riskli şəxslərin müəyyən edilməsi, ürək-damar xəstəliklərinin düzgün müalicəsi və göstəriş olduqda implantasiya olunan kardioverter-defibrilyatorun (ICD) tətbiqi.
2.Kritik müdaxilə: Hadisə baş verdikdə ilk dəqiqələrdə dərhal ürək-ağciyər reanimasiyasına (CPR) başlanması və avtomatik xarici defibrilyatordan (AED) istifadə edilməsi həyat xilas edən əsas amillərdir.
3.Maarifləndirmə: Cəmiyyətin CPR biliklərinin artırılması və ictimai yerlərdə AED cihazlarının əlçatan olması qəfil ürək ölümlərinin azaldılmasında mühüm rol oynayır.
Cərrah Rəşad Mahmudov yekun olaraq bildirib ki, risk qruplarını vaxtında aşkar etmək, ürək xəstəliklərini düzgün müalicə etmək və hadisə anında ilk dəqiqələrdə düzgün müdaxilə etməklə bu səbəbdən baş verən ölümlərin böyük hissəsinin qarşısını almaq mümkündür.
Çimnaz Telmanqızı
22:54 / 12 Oktyabr 2026
13
22:43 / 12 Oktyabr 2026
54
22:42 / 12 Oktyabr 2026
36
22:39 / 12 Oktyabr 2026
48
22:35 / 12 Oktyabr 2026
94
22:25 / 12 Oktyabr 2026
77
22:25 / 12 Oktyabr 2026
60
22:23 / 12 Oktyabr 2026
124
22:13 / 12 Oktyabr 2026
163
22:08 / 12 Oktyabr 2026
74
22:04 / 12 Oktyabr 2026
127
21:53 / 12 Oktyabr 2026
72
21:42 / 12 Oktyabr 2026
2837
21:38 / 12 Oktyabr 2026
72
21:31 / 12 Oktyabr 2026
160
21:29 / 12 Oktyabr 2026
317
21:28 / 12 Oktyabr 2026
157
21:26 / 12 Oktyabr 2026
87
21:20 / 12 Oktyabr 2026
108
21:19 / 12 Oktyabr 2026
263
21:04 / 12 Oktyabr 2026
4906
20:58 / 12 Oktyabr 2026
131
20:53 / 12 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.