Atasının evinə getdi, canından oldu - VİDEO
12 Oktyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1520
02.09.2026, 16:35
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunması barədə xəbər vermişdik.
Oxu24.com Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət alıb.
İstintaqın davam etməsini nəzərə alsaq, sabiq PA rəhbərinin topladığı rüşvətin məbləğinin artacağı da gözlənilir.
Ramiz Mehdiyevə rüşvət verən şəxslərin kimliyinə gəlincə, onlar arasında dövlət vəzifəsini tutan və o cümlədən sahibkarlar da var.
Xatırladaq ki, sabiq PA rəhbəri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.
Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.
Xatırladaq ki, həmin xəbərdə Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülməsindən bəhs olunub.
00:33 / 13 Oktyabr 2026
1
00:13 / 13 Oktyabr 2026
49
00:08 / 13 Oktyabr 2026
82
00:07 / 13 Oktyabr 2026
110
00:05 / 13 Oktyabr 2026
65
23:56 / 12 Oktyabr 2026
60
23:49 / 12 Oktyabr 2026
128
23:46 / 12 Oktyabr 2026
537
23:32 / 12 Oktyabr 2026
106
23:25 / 12 Oktyabr 2026
79
23:17 / 12 Oktyabr 2026
105
23:16 / 12 Oktyabr 2026
90
23:14 / 12 Oktyabr 2026
161
23:04 / 12 Oktyabr 2026
77
23:04 / 12 Oktyabr 2026
1063
23:01 / 12 Oktyabr 2026
104
22:54 / 12 Oktyabr 2026
116
22:43 / 12 Oktyabr 2026
122
22:42 / 12 Oktyabr 2026
99
22:39 / 12 Oktyabr 2026
100
22:35 / 12 Oktyabr 2026
352
22:25 / 12 Oktyabr 2026
181
22:25 / 12 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.