"Dədə Qorqud" filmindəki Alp Aruz əslində KİMDİR?
02 Noyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
02.09.2026, 19:43
Azərbaycanda dələduzluqda təqsirli bilinən şəxs onu ittiham edən prokuroru məhkəməyə verib.
Oxu24.com-un məlumatına görə, xüsusi ittiham qaydasında şikayət olunan Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovdur.
Xüsusi ittihamçı Vaqif Aliyev şikayətində yazır ki, rayon prokuroru ağır cinayət əməlinin törədilməsi barədə ittiham aktını imzalamaqla ona böhtan atıb. Külli miqdarda dələduzluqdan bəhs edən ittiham sonradan məhkəmənin açıq iclasında elan olunub ki, bu da onun işgüzar nüfuzuna xələl gətirib, şərəf və ləyaqətini alçaldıb. Həmçinin bu cinayətlə ona 150 min manat maddi, 13 milyon manat mənəvi zərər dəyib.
Şikayətçi hesab edir ki, prokuror bu hərəkəti ilə böhtan xarakterli cinayət törədib, bu səbəbdən ona qanunvericiliyə uyğun cəza verilməlidir.
Məhkəmə işlə tanış olduqdan sonra şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan əsassız hesab edib.
Hakim qərarını belə əsaslandırıb ki, prokuror ittiham aktını təsdiqləməklə öz vəzifə borcunu yerinə yetirib, aktda yalan məlumatın olmasını təsdiqləyən dəlil yoxdur, həmçinin Vaqif Əliyevin cinayət əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də təsdiqini tapıb. Qeyd olunanlara əsasən şikayət ilk iclasda icraata qəbul edilməkdən rədd edilib.Qafqazinfo
00:06 / 03 Noyabr 2026
1
23:44 / 02 Noyabr 2026
46
23:39 / 02 Noyabr 2026
51
23:38 / 02 Noyabr 2026
24
23:37 / 02 Noyabr 2026
72
23:32 / 02 Noyabr 2026
64
23:28 / 02 Noyabr 2026
65
23:24 / 02 Noyabr 2026
67
23:19 / 02 Noyabr 2026
82
23:12 / 02 Noyabr 2026
76
23:05 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
90
22:55 / 02 Noyabr 2026
187
22:48 / 02 Noyabr 2026
180
22:44 / 02 Noyabr 2026
82
22:27 / 02 Noyabr 2026
103
22:25 / 02 Noyabr 2026
97
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
99
22:09 / 02 Noyabr 2026
82
22:08 / 02 Noyabr 2026
92
22:06 / 02 Noyabr 2026
210
21:43 / 02 Noyabr 2026
1984
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.