Göbələk alanlar mütləq BUNU BİLMƏLİDİR
02 Noyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
313
02.09.2026, 17:55
Müasir dövrdə ürək-damar xəstəlikləri dünyada və ölkəmizdə ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında ilk sıralarda yer alır. Bu səbəbdən bir çox insanlar infarkt və ya insult riskindən qorunmaq məqsədilə həkim tövsiyəsi olmadan, özbaşına profilaktik həblərdən, xüsusilə də gen-bol istifadə edilən aspirindən yararlanmağa çalışırlar.
Oxu24.com xəbər verir ki,cəmiyyətdə hər gün aspirin qəbul etməyin infarkt riskini tamamilə sıfırladığına dair geniş yayılmış yanlış bir inanc mövcuddur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, kontrolsuz və əsassız şəkildə qəbul edilən bu preparat gözlənilən fayda əvəzinə orqanizmdə bərpa olunmaz ağır fəsadlar törədə bilər. Xüsusilə müayinə olunmadan, damarlarında hər hansı bir daralma və ya xəstəlik təsbit edilməyən şəxslərin profilaktik məqsədlə aspirin istifadə etməsi elmi baxımdan öz təsdiqini tapmayıb. Əksinə, belə nəzarətsiz qəbullar daxili qanaxmalara, o cümlədən mədə və beyin qanamaları kimi həyati təhlükə saçan ağır nəticələrə yol aça bilər.
Aspirin şübhəsiz ki, insanlığın ən əhəmiyyətli kəşflərindən biridir. Ürək və beyin-damar xəstəliklərindən ölümləri azaltmaqda və insan ömrünü uzatmaqda aspirin qədər effektiv bir dərman yoxdur. Ancaq gələcəkdəki ürək, beyin və damar xəstəliklərini önləmək üçün profilaktik olaraq aspirinin istifadəsi sübuta yetirilməmişdir.
Hətta tam tərsi, aspirinin profilaktik olaraq istifadə edilməsi hər min nəfərdən bir neçəsində mədə, bir neçəsində də beyin qanamasına səbəb olur. Onun üçün həkiminiz məsləhət görmədiyi müddətdə – yəni damarda daralma olduğunu bilmədiyiniz müddətdə – qoruyucu olaraq aspirin istifadə etməyinizin sizə heç bir faydası yoxdur.
12:49 / 02 Noyabr 2026
64
12:46 / 02 Noyabr 2026
25
12:43 / 02 Noyabr 2026
31
12:39 / 02 Noyabr 2026
48
12:37 / 02 Noyabr 2026
75
12:32 / 02 Noyabr 2026
103
12:20 / 02 Noyabr 2026
65
12:13 / 02 Noyabr 2026
62
12:08 / 02 Noyabr 2026
156
12:04 / 02 Noyabr 2026
71
12:00 / 02 Noyabr 2026
115
11:50 / 02 Noyabr 2026
542
11:30 / 02 Noyabr 2026
322
11:22 / 02 Noyabr 2026
742
11:14 / 02 Noyabr 2026
118
11:08 / 02 Noyabr 2026
85
11:05 / 02 Noyabr 2026
106
11:03 / 02 Noyabr 2026
154
10:50 / 02 Noyabr 2026
731
10:46 / 02 Noyabr 2026
146
10:39 / 02 Noyabr 2026
100
10:28 / 02 Noyabr 2026
157
10:20 / 02 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.