Təzyiq dərmanı içənlərə XƏBƏRDARLIQ
02 Noyabr 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
277
02.09.2026, 17:15
Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən və ciddi fəsadlara yol açan səhhət problemlərindəndir. Çox vaxt pasiyentlər yalnız ürək müayinələri ilə kifayətlənsələr də, mütəxəssislər orqanizmdəki digər həyati orqanların da bu prosesdə mühüm rol oynadığını bildirirlər. Xüsusilə də dərman müalicəsinə başlamazdan əvvəl bəzi vacib orqanların funksional vəziyyəti dəqiq qiymətləndirilməlidir. Əks halda, qəbul edilən preparatlar gözlənilən effekti verməyə bilər və ya əks-təsir göstərə bilər. Həkimlərin sözlərinə görə, orqanizmdə xolesterin mübadiləsindən tutmuş dərmanların parçalanmasına qədər bir çox proses bir-biri ilə sıx bağlıdır.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı kardioloq Aynur Məmmədova mühüm xəbərdarlıq və tövsiyələr edib.
Həkim bildirib ki, ürək xəstəsinin mütləq qaraciyərinə də baxılmalıdır. Çünki qaraciyərin funksiyası başda ürəyin funksiyası olmaqla bütün orqanizmə öz təsirini göstərir. Belə ki, xolesterin mübadiləsinə vasitəsiz təsir edir, orqanizmdə olan xolesterinin büyük bir hissəsi qaraciyərdən sintez olunur.
Eyni zamanda o qeyd edib ki, əgər qaraciyər xəstəliyi olarsa, qandakı 'pis xolesterini' tutub inaktivləşdirən mühüm reseptorların sayı azalmış olur:
“Bu qanda yağlılığın (xolesterinin) artmasına gətirib çıxarır. Digər tərəfdən, ürək çatışmazlığı olan insanlarda qaraciyərdə durğunluq halları baş verə bilər”.
Kardioloqun sözlərinə görə , xəstəyə statinlər və ya təzyiq dərmanları kimi hər hansı bir preparat təyin etdikdə, əvvəlcə qaraciyərin funksiyasını yoxlamaq lazımdır:
“Bu, statinlərin təsirini daha dəqiq qiymətləndirmək üçün vacibdir. Çünki bir çox dərmanlar qaraciyərdə inaktivləşir və çevrilmələrə məruz kalır. Bütün bu səbəblərdən kardioloqlar müalicəyə başlamazdan öncə mütləq qaraciyərin funksiyasını qiymətləndirməlidirlər”.
Jalə
17:20 / 02 Noyabr 2026
32
17:13 / 02 Noyabr 2026
110
17:02 / 02 Noyabr 2026
119
16:53 / 02 Noyabr 2026
335
16:28 / 02 Noyabr 2026
74
16:10 / 02 Noyabr 2026
242
16:03 / 02 Noyabr 2026
80
16:01 / 02 Noyabr 2026
167
15:33 / 02 Noyabr 2026
101
15:29 / 02 Noyabr 2026
163
15:18 / 02 Noyabr 2026
262
15:14 / 02 Noyabr 2026
117
15:10 / 02 Noyabr 2026
195
15:01 / 02 Noyabr 2026
96
14:59 / 02 Noyabr 2026
118
14:22 / 02 Noyabr 2026
240
14:20 / 02 Noyabr 2026
245
14:09 / 02 Noyabr 2026
105
13:55 / 02 Noyabr 2026
105
13:44 / 02 Noyabr 2026
182
13:35 / 02 Noyabr 2026
105
13:25 / 02 Noyabr 2026
853
13:21 / 02 Noyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.