Hipotireozun səbəbi nədir və necə müalicə olunur? – AÇIQLAMA
02 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
286
02.09.2026, 20:24
Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi məlumat yayıb.
Bildirilib ki, tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın insan sağlamlığının keşikçiləri olan çoxsaylı tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür:
“Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib.
Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.
Bu ardıcıl sosial siyasətin davamı olaraq, hörmətli Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi, insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı diqqətin daha bir göstəricisidir.
Əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da artırır.
Yeni əməkhaqqı qaydalarının 72 mindən çox tibb işçisini əhatə etməsi həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın növbəti sosial təşəbbüsü tibbi peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı olaraq, tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
Hesab edirik ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir”.
22:25 / 02 Noyabr 2026
10
22:22 / 02 Noyabr 2026
25
22:18 / 02 Noyabr 2026
35
22:09 / 02 Noyabr 2026
40
22:08 / 02 Noyabr 2026
44
22:06 / 02 Noyabr 2026
91
21:43 / 02 Noyabr 2026
1184
21:39 / 02 Noyabr 2026
82
21:38 / 02 Noyabr 2026
44
21:30 / 02 Noyabr 2026
66
21:30 / 02 Noyabr 2026
96
21:19 / 02 Noyabr 2026
77
21:13 / 02 Noyabr 2026
75
21:13 / 02 Noyabr 2026
91
21:06 / 02 Noyabr 2026
194
21:01 / 02 Noyabr 2026
93
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
96
20:36 / 02 Noyabr 2026
182
20:34 / 02 Noyabr 2026
127
20:26 / 02 Noyabr 2026
1880
20:23 / 02 Noyabr 2026
106
20:22 / 02 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.