BDU-nun 97 yaşlı əməkdaşı KİMDİR? -FOTO
22 Noyabr 2026, 19:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
332
02.09.2026, 17:05
Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, bu zaman işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.
Bildirilib ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.
"16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz.
Eyni qayda fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlara, eləcə də yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslərə də şamil edilir", - məlumatda bildirilib.
20:30 / 22 Noyabr 2026
25
19:33 / 22 Noyabr 2026
525
19:20 / 22 Noyabr 2026
103
19:05 / 22 Noyabr 2026
847
18:54 / 22 Noyabr 2026
94
18:49 / 22 Noyabr 2026
129
18:21 / 22 Noyabr 2026
358
18:16 / 22 Noyabr 2026
169
18:02 / 22 Noyabr 2026
142
17:59 / 22 Noyabr 2026
123
16:38 / 22 Noyabr 2026
193
16:29 / 22 Noyabr 2026
143
16:18 / 22 Noyabr 2026
2221
16:00 / 22 Noyabr 2026
236
14:27 / 22 Noyabr 2026
176
14:11 / 22 Noyabr 2026
196
13:47 / 22 Noyabr 2026
560
13:20 / 22 Noyabr 2026
168
12:51 / 22 Noyabr 2026
192
12:30 / 22 Noyabr 2026
402
12:17 / 22 Noyabr 2026
1768
11:38 / 22 Noyabr 2026
2238
11:12 / 22 Noyabr 2026
356
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.