Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
272
02.09.2026, 18:10
Dövlət İmtahan Mərkəziinin sədri Məleykə Abbaszadə magistraturada boş qalan yerlərlə bağlı danışıb.
Oxu24.com xəbər verir ki, M.Abbaszadə bildirib:
"Ötən günlərdə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edildi.
Əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq.
Beləliklə, əsas və əlavə yerləşdirmənin nəticələrinə görə, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfər dövlət sifarişi əsasında təhsil alacaq.
Bu rəqəmlərə yalnız ümumi qəbul göstəricisi kimi deyil, ayrı-ayrı proqramlar üzrə formalaşan müsabiqə vəziyyəti baxımından da nəzər salmaq maraqlıdır.
Bunu da oxu
Övladları I sinfə gedən valideynlərin nəzərinə!
Xaricdə ali təhsil alanların NƏZƏRİNƏ - İmtahanın vaxtı AÇIQLANDI
Mingəçevirdə məktəbdə bərbad vəziyyət: Ayrılan milyonlar hara gedir? - Video
Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.
Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100% dolub. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi proqramlarda plan yerlərinin sayı az olduğundan onların tam dolacağı əvvəlcədən gözlənilən idi.
Digər tərəfdən, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50%-i və ya daha çoxu boş qalıb.
Burada vacib bir məqamı xüsusi vurğulamaq istəyirəm. Ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələr üzrə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz.
Eyni zamanda, boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.
Bu mənada magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır. Müqayisə üçün ötən ilin imtahan nəticələrinin təhlilinə də nəzər salmaq olar. "Abituriyent” jurnalının ötən ilin nəticələrinə həsr olunmuş 12-ci nömrəsində (səh. 350) təqdim edilən göstəricilər göstərir ki, proqramlar üzrə formalaşmış vəziyyət ümumilikdə bu ilin nəticələri ilə bənzərlik təşkil edir.
Fürsətdən istifadə edərək təhsil sahəsi üzrə mütəxəssislərə və qəbul nəticələrini təhlil edən şəxslərə də bir tövsiyə vermək istərdim. Bu il keçirilən imtahanların nəticələrinin daha ətraflı və müqayisəli təhlili ilə tanış olmaq üçün nəşr olunacaq "Abituriyent” jurnalının 12-ci nömrəsinə nəzər salmağı tövsiyə edirəm. Jurnalda təqdim olunan statistik məlumatlar və təhlillər qəbul prosesində formalaşan tendensiyaları daha dəqiq qiymətləndirmək və əsaslandırılmış nəticələr çıxarmaq üçün faydalı mənbədir.
Magistraturaya qəbul olunan bütün bakalavrları təbrik edirəm. Ümid edirəm ki, magistratura təhsili sizin üçün sadəcə növbəti diplom deyil, seçdiyiniz sahədə biliklərinizi dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətinizi daha dəqiq müəyyənləşdirmək üçün faydalı bir mərhələ olacaq.
Sonda qəbul olunanlara vacib bir xatırlatma: magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər".
00:41 / 02 Noyabr 2026
50
00:26 / 02 Noyabr 2026
56
00:06 / 02 Noyabr 2026
221
23:52 / 01 Noyabr 2026
148
23:45 / 01 Noyabr 2026
511
23:40 / 01 Noyabr 2026
86
23:27 / 01 Noyabr 2026
1
23:27 / 01 Noyabr 2026
137
23:25 / 01 Noyabr 2026
346
23:14 / 01 Noyabr 2026
157
23:00 / 01 Noyabr 2026
399
22:56 / 01 Noyabr 2026
103
22:04 / 01 Noyabr 2026
105
21:49 / 01 Noyabr 2026
132
21:49 / 01 Noyabr 2026
108
21:26 / 01 Noyabr 2026
269
21:14 / 01 Noyabr 2026
294
20:55 / 01 Noyabr 2026
222
20:49 / 01 Noyabr 2026
111
20:35 / 01 Noyabr 2026
734
20:24 / 01 Noyabr 2026
149
20:20 / 01 Noyabr 2026
348
19:59 / 01 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.