Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
02.09.2026, 16:08
Paytaxt Bakıda hər gün müşahidə olunan acınacaqlı sıxlıq və tıxac problemi artıq şəhər sakinləri üçün ən böyük gündəlik əziyyətə çevrilib. Çox vaxt yollardakı bu hərəkətsizliyin baş baiskarı kimi sürücülərin intizamsızlığı, qayda pozuntuları və sürücülük mədəniyyətinin aşağı olması qabardılır. Lakin nəqliyyat axınının ləngiməsində yalnız sükan arxasında oturanları günahlandırmaq məsələyə obyektiv yanaşma sayılmır. Çünki şəhərin yol infrastrukturundakı mövcud çatışmazlıqlar və idarəetmə nöqsanları nəqliyyatın hərəkətinə birbaşa və daha dağıdıcı təsir göstərir. Sürücü mədəniyyətinin tıxacların formalaşmasına real təsiri və yollardakı acınacaqlı vəziyyətin əsl səbəbləri cəmiyyətdə geniş müzakirə olunmaqdadır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, tıxacların yaranma səbəbləri müxtəlifdir və sürücü amili bu siyahıda ən sonuncu yerdə gəlir:
"Tıxacların yaranmasında ən sonuncu səbəb ola bilsin ki, sürücüdə olsun. Əsas səbəblər isə tamamilə başqadır. Yol infrastrukturu, yolların qəfil bağlanması, vaxtilə şəhərsalma və tikintidə olan nöqsanlar baş başlıca amillərdəndir”.
Onun sözlərinə görə, vaxtilə parklanma yerlərinin, piyada səkilərinin və avtomobil yollarının zəbt olunaraq onların üzərində obyektlərin tikilməsi bu gün sıxlığın yaranmasına gətirib çıxarıb.
Ekspert qeyd edib ki, biz tez-tez müşahidə edirik ki, hər hansı yolda təmir işləri aparılırsa, yol bağlanır və nəticədə böyük tıxaclar meydana gəlir:
“Bundan əlavə, Bakı şəhərinin mərkəzində demək olar ki, hər ay müxtəlif tədbirlər təşkil olunur. Belə olan halda da yollar bağlanır və sıxlıq yaranır. Eyni zamanda, səhər və axşam saatlarında yolların bağlanması, hansısa digər yola üstünlüyün verilməsi səbəbindən həmin istiqamətdə olan sürüclər məcburi şəkildə gözləməli olurlar”.
E.Cəfərov vurğulayıb ki, heç bir sürücü istəməz ki, saatlarla yolda qalsın və tıxaca düşsün:
“Sürücü üçün elə bir şərait yaradılmalıdır ki, o, mənzil başına rahat çatabilsin və sərnişinlərini vaxtında ünvanına çatdırsın”.
Nəticə etibarilə, ekspertin fikirləri bir daha təsdiqləyir ki, paytaxtdakı nəqliyyat gərginliyini sadəcə sürücülərin üzərinə atmaq problemin mahiyyətindən yayınmaqdır. Əsas həll yolu yollarda adekvat şəraitin yaradılmasından, planlı tikinti və alternativ marşrutların düzgün təşkilindən keçir. Əks halda, lazımi infrastruktur dəstəyi olmadan sürücülərdən möcüzə gözləmək real görünmür.
Çimnaz Telmanqızı
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.