Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
349
02.09.2026, 15:30
“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır: “Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir”.
O qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər: “Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır”.
19:27 / 02 Noyabr 2026
13
19:16 / 02 Noyabr 2026
28
19:15 / 02 Noyabr 2026
67
19:09 / 02 Noyabr 2026
46
19:06 / 02 Noyabr 2026
41
19:00 / 02 Noyabr 2026
123
18:58 / 02 Noyabr 2026
61
18:48 / 02 Noyabr 2026
71
18:44 / 02 Noyabr 2026
162
18:33 / 02 Noyabr 2026
75
18:29 / 02 Noyabr 2026
755
18:22 / 02 Noyabr 2026
85
18:12 / 02 Noyabr 2026
83
18:11 / 02 Noyabr 2026
69
18:10 / 02 Noyabr 2026
87
18:05 / 02 Noyabr 2026
116
18:02 / 02 Noyabr 2026
63
18:02 / 02 Noyabr 2026
193
17:58 / 02 Noyabr 2026
75
17:53 / 02 Noyabr 2026
81
17:39 / 02 Noyabr 2026
114
17:20 / 02 Noyabr 2026
109
17:13 / 02 Noyabr 2026
252
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.