Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdakı güclü yanğının başvermə səbəbi bəlli oldu 

news/2025_05_05/yanginh_1746425218.jpg

CƏMİYYƏT

94

21.01.2026, 15:52

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb.

Oxu24.com  Oxu.az-a istinadən xəbər verir ki, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub.

Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub.

Hazırda Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir.