Video necə çəkilib? — İfşanın yeni DETALLARI
12 Fevral 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
627
21.01.2026, 17:47
Azərbaycanda tanınmış şəxslərin övladları arasında xeyli sayda diplomat var. Onların bəziləri səfir postunu tutur və hazırda Azərbaycanı müxtəlif xarici ölkələrdə təmsil edir.
Oxu24.com -un məlumatına görə, Xalq yazıçısı Anarın oğlu Tural Rzayev stajlı diplomat sayılır.
Tural Anar oğlu Rzayev 1963-cü il təvəllüdlüdür. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tural Rzayev Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.
2010-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər Sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Tural Rzayev 17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Rus, ərəb, türk və ingillis dillərini bilir.
Fotoda: Tural Rzayev
Bakı Dövlət Universitetin sabiq rektoru, akademik Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov da diplomatdır.
Anar Məhərrəmov 2 fevral 1978-ci ildə Bakı şəhərində doğulub. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin magistri olub.
Əmək fəaliyyətinə 2000-cildə Xarici İşlər Nazirliyində başlayıb. 2000-2006-cı illər ərzində nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent, attaşe, üçüncü katib, ikinci katib vəzifələrində işləyib.
2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. İspan, ingilis, rus, türk dillərini bilir.
Fotoda: Anar Məhərrəmov
Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov da diplomatiya sahəsində çalışır.
İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə Bakıda anadan olub. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb.
1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub.
Həmçinin oxuyun
İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfiri təyin edilib.
17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir.
Fotoda: İlqar Muxtarov
Məşhur siyasətçi və dövlət xadimi Oqtay Şahbazovun oğlu Pərviz Şahbazov da əvvəllər səfir kimi fəaliyyət göstərib. O, 9 avqust 2005 - 6 sentyabr 2016-cı il tarixlərində Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.
Pərviz Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika anziri təyin edilib. İngilis, alman və rus dillərini bilir.
Fotoda: Pərviz Şahbazov
Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimli də diplomatdır. O, bir müddət Azərbaycanın Macarıstandakı səfirliyində 3-cü katib vəzifəsində çalışıb. Hazırda Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində işləyir.
Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirinovun oğlu Ziya Şirinov da diplomatdır. O, uzun müddət Azərbaycanın Rusiyadakı səfirliyində attaşe vəzifəsində çalışıb.
Mərhum aktyor və deputat Mikayıl Mirzənin oğlu Mətin Mirzə də diplomatdır. O, əvvəllər Xarici İşlər Nazirliyinin mətbuat və diplomatik xidmətində müşavir kimi çalışıb. Mətin Mirzə ötən ilin aprelindən Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.
Fotoda: Mətin Mirzə
02:19 / 13 Fevral 2026
69
02:18 / 13 Fevral 2026
59
01:41 / 13 Fevral 2026
59
00:21 / 13 Fevral 2026
80
23:59 / 12 Fevral 2026
72
23:56 / 12 Fevral 2026
67
23:51 / 12 Fevral 2026
193
23:49 / 12 Fevral 2026
110
23:45 / 12 Fevral 2026
63
23:39 / 12 Fevral 2026
81
23:35 / 12 Fevral 2026
59
23:21 / 12 Fevral 2026
403
23:18 / 12 Fevral 2026
70
23:11 / 12 Fevral 2026
72
22:59 / 12 Fevral 2026
95
22:53 / 12 Fevral 2026
69
22:38 / 12 Fevral 2026
143
22:36 / 12 Fevral 2026
80
22:32 / 12 Fevral 2026
83
22:29 / 12 Fevral 2026
118
22:24 / 12 Fevral 2026
102
22:22 / 12 Fevral 2026
636
22:06 / 12 Fevral 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.