Kartof bazarında nə baş verir? - Ekspert bahalaşmanın səbəblərini AÇIQLAYIR
01 Aprel 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
670
21.01.2026, 18:39
““Tramp yolu” boyunca 1000 nəfərlik Amerika özəl hərbi şirkətinin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bu, açıq şəkildə göstərir ki, söhbət yalnız iqtisadi layihədən getmir. ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi prosesi yeni mərhələyə qədəm qoya bilər. Gələcəkdə burada hücum helikopterləri, aerodromlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi infrastrukturların meydana çıxacağı ehtimalı istisna edilmir”.
Oxu24.com xəbər verir ki, bu barədə Aleksandr Şirokorad “Svodnaya Pressa”da dərc olunan məqaləsində yazıb. Onun iddiasına görə, Rusiya və İran sərhədlərində Amerika hərbi bazalarının yerləşdirilməsi Moskva və Tehran üçün ciddi təhlükədir.
“Bu proseslər fonunda əsas sual açıq qalır: Azərbaycan, Ermənistan və hətta Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağına dair hansısa zəmanət varmı?” – deyə müəllif bildirir.
Müəllifə görə, Türkiyənin Xəzər dənizinə çıxışı Orta Asiyaya birbaşa yol açaraq “Böyük Turan” ideyasını reallaşdırmaq üçün mühüm imkanlar yarada bilər. “Gələcəkdə Xəzər dənizində türk hərbi gəmilərinin – Azərbaycan və ya Türkiyə bayrağı altında – görünməsi də istisna edilmir”, – deyə məqalədə qeyd olunur.
Zeynal Fətulla
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətullanın sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı böyük güclərin öz maraqları vardı və bunun təmin edilməsi üçün çoxlu vaxt itkisi oldu:
Həmçinin oxuyun
“İndiki reallıq da bizim siyasi və strateji maraqlarımıza uyğun şəkildə inkişaf edir.
Türkiyə təbii ki, bu proseslərdən kənarda deyil və xatırladım ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu qərar qəbul edilməmişdən xeyli əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşmüşdü. Şübhəsiz ki, “Tramp yolu” variantı da müzakirə edilməmiş deyildi. Türkiyə regional gücdür və həmin məsələnin qardaş ölkə üçün prioritet olduğuna kimsə şübhə etməməlidir”.
Şərhçinin sözlərinə görə, hansı adla olursa-olsun, Türkiyəni Türküstanla birləşdirəcək ideyanın – Turanın reallaşması yolunda önəmli bir addımdır:
“ABŞ buranı 99 illiyinə icarəyə götürürsə, qoy Ermənistan bundan narahat olsun. Həm də proses elə inkişaf edə bilər ki, həmin icarəyə götürülən ərazi əl dəyişdirə bilər. Zəngəzur koridoru müzakirələri davam edəcək, amma Amerikanın bu işə müdaxiləsinin olması alınan qərarların dəyişdirilməsinə aparıb çıxarmayacaq.
Biz onu da nəzərə almalıyıq, Türkdilli Dövlətlər Təşkilatı üzvü olan ölkələr də bu işin reallaşmasını gözləyirlər. Son vaxtlarda bu birliyə üzv ölkələrlə Azərbaycanın intensiv danışıqları qlobal mənada böyük hadisələrin xəbərçisi deməkdir və Türküstanın dünyaya bağlanması elə Turan ideyasının gerçəkləşməsi deməkdir”.
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.