Tailandda koronavirusun yeni ştamı aşkar edildi
11 May 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1163
21.01.2026, 16:31
ABŞ Prezidenti Donald Tramp “NewsNation”a verdiyi müsahibədə bildirib.“ABŞ-ın dünyanın qalan hissəsinə məlum olmayan silah növləri var”. Bu ballistik raketləri ilə qürrələnən Rusiyaya bir mesajdır yoxsa, Qrenlandiya adası, Panama kanalı və Meksika körfəzində istəklərinə qarşıduranlara hədədir?
Oxu24.com-un suallarını Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı cavablandırır.
- Akif müəllim, sizcə, ABŞ Prezidenti bu hədə mesajını kimlərə ünvanlayıb?
- Tramp həddindən çox emosional şəxsiyyətdir. Bəzən dediklərini düşünərəkdeyir, bəzən düşünməyərək deyr. Amma iddiaları çox böyükdür. Düşünmək olar ki, Tramp bəzən ABŞ-ın yox, özünün fərdi maraqlarını həyata keçirməyə maraqlıdır. Həm Amerika qitəsində hökmüran olmağa çalışır, eyni zamanda dünyada da söz sahibi olmaq hədəfi var. Bu da təbii ki, narazılıqlara yol açır. Venesuela ilə bağlı addımından sonra özünü oranın prezidenti kimi göstərməsi bir çox ölkələrin narazılığını sərgilədi. Bütün çıxışlarında da istər Kuba olsun, istər Meksika, istər, Danimarka və digər ölkələr olsun, onlar haqqında hədələyici tonla danışır.
Biz də daxil olmaqla bir çox ölkələr Trampla məsafə saxlamaqla onun hakimiyyəti ilə əməkdaşlıq edir.
- Amma Tramp da hədələrini dayandırmaq haqqında düşünmür...
- Bəli, ötən gün Tramp Fransa Prezidenti Emmanuel Makronun onun təşəbbüsü olan və BMT-yə alternativ kimi təqdim edilən Qəzza üzrə “Sülh Şurası”na qoşulmaqdan imtina etməsinə sərt reaksiya verdi və Fransanı şərablarına və şampanlarına 200 faiz həcmində gömrük rüsumu tətbiq edəcəyi ilə hədələdi. Eyni zamanda o, Almaniyanı dərman qiymətlərini artırmağı nəzərdə tutan ABŞ planını qəbul etməyəcəkləri halda, onların məhsullarına qarşı rüsumlar tətbiq etməklə hədələdi. Reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəməli olduğunu deyən Trampın Fransa, Almaniya, Böyük Britaniya və bütün Avropa İttifaqı razı olmadı.
Bu onu göstərir ki, əslində Tramp hansısa yeni bir silahdan söhbət etmir. Hamıya məlumdur ki, ən güclü olan kütləvi qırğın silahları tək ABŞ-da yox, bir çox ölkələrdə var. Deməli , Tramp sanksiya və rüsumları “yeni silah” adlandırır.
- Onda hədə dünyada yaşayan hər kəsə şamil edilə bilər....
-Amma mümkündür ki, Tramp xüsusən, ona qarşı güc mərkəzinə çevrilmiş Avropanı da hədəf alsın.
Xatırladaq ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin şəxsi kardioloqu, həkim Conatan Rayner Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı Konqresdə araşdırma aparılmasına çağırıb:
“ABŞ prezidenti ciddi psixi xəstəlikdən əziyyət çəkir və bu, hamımızın həyatını təhlükə altına atır. Konstitusiyanın 25-ci düzəlişi səbəbsiz yerə mövcud deyil – onu dərhal tətbiq etməliyik”.
Əntiqə Rəşid
18:06 / 11 May 2026
1
18:00 / 11 May 2026
48
17:57 / 11 May 2026
17
17:55 / 11 May 2026
131
17:33 / 11 May 2026
38
17:21 / 11 May 2026
91
17:17 / 11 May 2026
44
17:10 / 11 May 2026
37
16:57 / 11 May 2026
1196
16:49 / 11 May 2026
53
16:41 / 11 May 2026
84
16:37 / 11 May 2026
145
16:27 / 11 May 2026
247
16:25 / 11 May 2026
67
16:15 / 11 May 2026
396
16:03 / 11 May 2026
54
15:49 / 11 May 2026
64
15:38 / 11 May 2026
419
15:30 / 11 May 2026
11090
15:22 / 11 May 2026
81
15:20 / 11 May 2026
65
14:59 / 11 May 2026
67
14:52 / 11 May 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.