"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1074
21.01.2026, 12:14
Oxu24.com-un bu dəfəki müsahibi gənc rəssam Əminə Şirinlidir.O,müsahibəsində yeni addımlarından,gələcək planlarından və ilkin uğurlarından bəhs edib.
Həmin müsahibəni təqdim edirik:
-Səni öz dilindən tanıyaq.Kimdir Əminə?
Mən Şirinli Əminə Cavid qızı. 11yaşım var.
-Necə oldu ki,rəssamlığa həvəsin yarandı?
Mənim 3-4 yașımdan rəsm çəkməyə həvəsim yarandı. Hətta evimizin divarlarını belə əl işlərimlə bəzəmișdim.
-İlk çəkdiyin rəsmin yadındadırmı?
Əlbəttə yadımdadır. Dəniz mənzərəsi çəkmişdim. Hər kəs çox bəyənmişdi. Ailəm də mənim istedatımı elə o vaxtdan kəşf etdi.
-Yaradıcılığının başlanğıcındasan.Bu yaşda yaratmaq istədiyin əsər hansıdır?
Mirzə Qədim İrevani tərəfindən çəkilmiş "İncili qız" əsərini çəkmək istəyirəm. Bir də Vincent van Gogh-un "Ulduzlu gecə" əsərini...
-Özünün ən çox sevdiyin əsərin hansıdır?
Balerina şəkilimi çox bəyənirəm. Bu şəkli çəkəndə çox əziyyət və sevgi xərcləmişəm.Ona görə də bu zaman üçün ən bəyəndiyim əsərimdir.
-Bildiyimə görə,bu gənc addımlarında ilkin uğurların da var.Onlardan danışaq
Bəli. Amerika Səfirlliyi ilə sərgi keçirilmişdi. İlk uğurumu həmin sərgidə əldə etdim.
Daha sonra sulu boyu yarışmasında iştirak etdim.Qığızıstan səgisində istirak etmişdim. Son dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Səfirliyi ilə keçirilən sərgidə iştirak etmişdim. Hər biri mənimçün böyük uğurdu.
-Rəssamlıqdan başqa daha hansı sahəyə marağın var?
Aksesuarlar toxumağı çox sevirem. Eyni zamanda çantalar da toxuyuram. Özümü yalnız belə incəsənət sahəsində,yaradıcılıqda görürəm.
-Müəlliminiz kimdir?
Müəlliməm Mariya Əliyevadır. Onun haqqında nə qədər danışsam az olar.
Bu yerlərə gəlməyimdə, uğurlar qazanmağımda rolu çox böyükdü.
Mənə verdiyi biliyə və təcrübəyə görə ona çox minnətdaram.Onunla qurur duyuram.
-Gənc rəssamın ən böyük arzusu nədir?
Ən böyük arzum gələcəkdə Azərbaycanın tanınmış və seçilmiş rəssamlarından olmaqdır.
Bunun üçün çox çalışacam.

-Sosial şəbəkələrdə varsan?
Bəli... "İnstagram" və "Tiktok" hesabım var. Oradan izləyicilərimlə görüşürəm.məni dəstəyə çağırıram.
-Sonda həmyaşıdlarına və oxuculara sözün nədir?
Həmyaşıdlarıma sözüm odur ki, hər biriniz arzunuzun, xəyallarınızın ardınca gedin... Tezdi deməyin... Mənim yaşım az olsa da özümü keşf etdim..
Siz də özünüzü kəşf edin.Oxucularıma da demək istəyirəm ki, mən 11 yaşlı balaca rəssam Əminəyə dəstək olsanız çox -çox sevinərəm.


Müsahibəni apardı: Jalə
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.