"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1449
21.01.2026, 13:54
Politoloq:" İranda həbslərin başlaması, aksiyaçıların uğursuzluğu demək deyil"
Xarici media resusları iddia edir ki, İranda etiraz aksiyaları səngiyib və buna görə müxtəlif bölgələrdə kütləvi həbslər artıb. Məlumatı İran İnsan Haqları Təşkilatı da təsdiqləyib. Bildirib ki, yanvarın 20-də SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Qəzvin şəhərində 166, Rəzəvi Xorasan əyalətində 192, İsfahan şəhərəində 73 etirazçı həbs edib.
Oxu24.com qonşu ölkədə baş verənlərlə bağlı politoloq Turan Rzayevlə həmsöhbət olub.
-Turan bəy, sizcə, aksiyalar niyə belə uğursuzluğa uğradı?
- İranda etiraz aksiyaları birmənalı olaraq hələki bitməyib. Nəzərə alaq ki, İranda internet kəsilib və aksiyalar haqda məlumatlar çox azdır. Bu aksiya nə birincidir, nə sonuncudur. Bundan əvvəl də İranda aksiyalar baş vermişdi və qəddarlıqla yatırılmışdı. Amma sonrakı proseslər göstərdi ki, yeni başlayan etiraz aksiyaları əvvəlki etiraz aksiyalarından daha güclü və geniş miqyaslıdır.
-Məlumatlarda budəfəki ümumxlaq etirazlarında öldürülən 3919 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 8944 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. Yəni, İrandakı sonuncu etiraz aksiyasına qədər belə bir qorxunc faktla rastlaşmamışıq.
-Ümumiyyətlə, İranda indiyənə qədər bütün baş tutan hər bir aksiya öncəkindən fərqlənib ki, bu da rejimə qarşı olan barışmaz münasibətdən yaranıb. Əslində bu gün olmasa belə, etirazçılar qarşıdakı etaplarda məntiqi yekuna çatacağını deyə bilərik. Çünki, proseslər, prosesdə baş verən neqativlər, xüsusən dövlət güc strukturlarının İran vətəndaşlarına qarşı münasibəti, dinc əhalinin öldürülməsi rejim əleyhdarlarının günbəgün artmasına və güclənməsinə səbəb olur. Rejim əlehdarlarının artmasının bir səbəbi də rejimin iqtisadi, sosial və digər problemlərin həllində aciz qalıb.
-Sizcə, rejim xarici faktorların hərbi müdaxiləsinə hədəf ola bilərmi?
- ABŞ -ın təhdidləri davam edir, İsrail isə İranla bağlı planlarını hələlik yerinə yetirməyibdir. Yəni, İsrailin də hər an İrana müdaxiləsi gözləniləndir. Bildiyiniz kimi İsrailin hədəfi həm İrandakı molla rejimin devrilməsini, həmdə ölkənin parçalamasını istəyir. Bunlar baş verməyibsə, xarici təsirlər özünü göstərməyibsə, deməli, xarici təsirlər bu gündən sonra özünü göstərəcək.
- Turan bəy, ətraflı izaha görə təşəkkür edirik!
Əntiqə Rəşid
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.