Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9205
21.01.2026, 15:03
Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Bu xüsusda Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.