Azərbaycan elminə AĞIR İTKİ üz verib
11 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2495
21.01.2026, 15:52
“Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır”.
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır. Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə- 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Ona görə təklif edərdim ki, “Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişikliklə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğləri artardı”, - millət vəkili qeyd edib. (Qafqazinfo)
18:00 / 11 May 2026
27
17:57 / 11 May 2026
1
17:55 / 11 May 2026
130
17:33 / 11 May 2026
36
17:21 / 11 May 2026
88
17:17 / 11 May 2026
43
17:10 / 11 May 2026
36
16:57 / 11 May 2026
1148
16:49 / 11 May 2026
50
16:41 / 11 May 2026
82
16:37 / 11 May 2026
140
16:27 / 11 May 2026
241
16:25 / 11 May 2026
64
16:15 / 11 May 2026
385
16:03 / 11 May 2026
53
15:49 / 11 May 2026
63
15:38 / 11 May 2026
410
15:30 / 11 May 2026
11086
15:22 / 11 May 2026
79
15:20 / 11 May 2026
64
14:59 / 11 May 2026
67
14:52 / 11 May 2026
117
14:47 / 11 May 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.