Azərbaycan elminə AĞIR İTKİ üz verib
11 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
656
21.01.2026, 16:53
Amerikalı virusoloq Kris Bak qeyri-adi formada peyvənd yaratdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, tədqiqatçı BK-poliomavirusa qarşı eksperimental vasitə hazırlayıb və onu pivənin tərkibinə daxil edib. İlk sınaqları isə birbaşa öz üzərində aparıb.
BK-poliomavirus geniş yayılan DNT virusları sırasına daxildir. İnsanların əksəriyyəti uşaqlıq dövründə bu virusa yoluxur. Normal immunitet zamanı infeksiya özünü göstərmir, lakin virus orqanizmdə qalaraq immun sistem zəiflədikdə yenidən aktivləşə bilər. Xüsusilə böyrək transplantasiyası keçirmiş xəstələr üçün təhlükəli hesab olunur, çünki orqanın rədd olunmasına və ya toxumaların zədələnməsinə səbəb ola bilər.
Bak peyvənd platforması kimi Saccharomyces cerevisiae adlı mayalardan istifadə edib. Bu mayalar pivə istehsalında və qida sənayesində geniş tətbiq olunur. Alim onların əsasında xəstəlik yaratmaq qabiliyyəti olmayan virusabənzər hissəciklər əldə edib. Daha sonra həmin maddələri tərkibində saxlayan pivə hazırlayıb və peyvəndi özü sınaqdan keçirməyə qərar verib.
O, beş gün ərzində hər gün bir içki qəbul edib. Ardınca təxminən yeddi həftə fasilə ilə daha iki oxşar kurs həyata keçirib. Paralel olaraq, antitel səviyyəsini ölçmək üçün mütəmadi qan analizləri verib.
Tədqiqatçının sözlərinə görə, antitel göstəriciləri böyrək transplantasiyasından sonra insanlarda qoruyucu hesab edilən səviyyəyə çatıb. Bak hər hansı ciddi mənfi təsir qeydə almadığını, yalnız yüngül sərxoşluq yaşadığını bildirib.
Nəticələr Zenodo platformasında və şəxsi bloqunda dərc olunub. Lakin araşdırma elmi rəy prosesindən keçməyib. Bundan əlavə, Milli Səhiyyə İnstitutlarının etik komitəsi mümkün risklər səbəbindən belə bir eksperimentin aparılmasını təsdiqləməyib.
Elmi ictimaiyyətin reaksiyası birmənalı olmayıb. Bəzi mütəxəssislər bir nəfər üzərində aparılan testin nəticələrinə əsaslanaraq yekun qərar verməyin mümkün olmadığını vurğulayır və klinik sınaqların vacibliyini qeyd edirlər. Digərləri isə oral peyvəndlərin perspektivli ola biləcəyini desə də, layihənin təqdimat və təşviq üsullarına şübhə ilə yanaşırlar.
Kris Bak risk etdiyini etiraf edir və peyvəndin FDA tərəfindən təsdiqlənməsi üçün çalışacağını bildirir. O, həmçinin mayalı peyvəndi bazara qida əlavəsi kimi çıxarma ehtimalını da nəzərdən keçirir. Bu sahədə tələblərin klinik peyvəndlərə nisbətən daha yumşaq olduğu qeyd olunur.
18:00 / 11 May 2026
27
17:57 / 11 May 2026
1
17:55 / 11 May 2026
130
17:33 / 11 May 2026
36
17:21 / 11 May 2026
88
17:17 / 11 May 2026
43
17:10 / 11 May 2026
36
16:57 / 11 May 2026
1148
16:49 / 11 May 2026
50
16:41 / 11 May 2026
82
16:37 / 11 May 2026
140
16:27 / 11 May 2026
241
16:25 / 11 May 2026
64
16:15 / 11 May 2026
385
16:03 / 11 May 2026
53
15:49 / 11 May 2026
63
15:38 / 11 May 2026
410
15:30 / 11 May 2026
11086
15:22 / 11 May 2026
79
15:20 / 11 May 2026
64
14:59 / 11 May 2026
67
14:52 / 11 May 2026
117
14:47 / 11 May 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.