Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
21.01.2026, 19:09
“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Oxu24.com xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb.
O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub.
2022-25-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.
Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülüb. Hazırda bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6.55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12.37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank International” AG-yə məxsusdur.
Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilir.Busaat.az
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.