SON DƏQİQƏ! Havaya görə yeni qərar verildi
11 May 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
21.01.2026, 17:08
Rəşid Behbudov və digərləri haqqında tanınmış yazıçı Şərif Ağayarın fikirləri günlərdir mətbuatda tirajlanır. Şərif Ağayarın söylədiklərini dəfələrlə oxuyub, analiz etmişəm. Orada təhqir sayılacaq heçnə görmürəm. Hər bir Azərbaycan vətəndaşı Konstitusiyamıza görə öz fikirlərini sərbəst bildirmək hüququna malikdir. Şərif də azad, sərbəst yazıçıdır. Fikirləri belə ifadə edib. Kimisə fikrinə görə linç etmək olmaz.
Qaldı onun hansı millətin nümayəndəsi olmasına məncə bu da yersiz arqumentdir. Bu məsələni qabartmaq rəzillikdən başqa bir şey deyil. Mən Şərifi 30 ildir tanıyıram. Onun əsərlərində və tərzində heç bir qeyri millilik hiss etməmişəm. Mərdi qova-qova namərd etmək olmaz.
Kamil Şahverdini ilk dəfə 90-cı illərin əvvəllərində “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsində yerləşən bufetində görmüşdüm. Dostum məşhur jurnalist Mehman Cavadoğlu ilə eyni masada əyləşmişdi. O, Mehmanla və mənimlə görüşdü. M.Cavadoğludan onun kimliyini xəbər aldım, R.Behbudovun kürəkəni olduğunu dedi. İnsanı öz adı, atası, nəsli-nəcabəti ilə yox, kiminsə kürəkəni olaraq tanımaq böyük biabırçılıqdı. Belə birisi gəlib Şərif kimi hörmətli və tanınmış hər yerdə sözünü deməyi bacaran, öz dəsti xətti olan bir insan barədə nəisə demək istəməsi absurddur. Həyatda iki yol var, ya kiminsə kimi olmağı qəbul edib, əyilib hər qapıdan keçməyi, ya da Şərif Ağayar kimi dik durmağı seçməlisən.
Şəmsi Vəfadar
18:06 / 11 May 2026
1
18:00 / 11 May 2026
48
17:57 / 11 May 2026
17
17:55 / 11 May 2026
131
17:33 / 11 May 2026
38
17:21 / 11 May 2026
91
17:17 / 11 May 2026
44
17:10 / 11 May 2026
37
16:57 / 11 May 2026
1196
16:49 / 11 May 2026
53
16:41 / 11 May 2026
84
16:37 / 11 May 2026
145
16:27 / 11 May 2026
247
16:25 / 11 May 2026
67
16:15 / 11 May 2026
396
16:03 / 11 May 2026
54
15:49 / 11 May 2026
64
15:38 / 11 May 2026
419
15:30 / 11 May 2026
11090
15:22 / 11 May 2026
81
15:20 / 11 May 2026
65
14:59 / 11 May 2026
67
14:52 / 11 May 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.