"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1595
21.01.2026, 15:10
Baxmayaraq ki, Xankəndi şəhərində və Kərkicahan qəsəbəsi ərazisində yollar buz bağlayıb və vətəndaşlarda , avtomobilləri də köməksiz vəziyyətdə qalıb, amma bu köç sevincinə zərrə qədər mane olmayıb. Bu gün Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.
“Əməkdar jurnalist”, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyev son 35 ilin ən gözəl xəbərlərindən olan bu məlumatdan sonra sevinc hissini və düşüncələrini Oxu24.com-la bölüşüb.
"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə, o cümlədən doğma şəhərim Xankəndiyə soydaşlarımızın köçürülməsi xəbərini böyük bir sevinc və minnətdarlıq hissi ilə qarşıladım. Doğma yurda qayıdış üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.
Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımı bildirir, Vətən torpaqlarının azadlığı naminə canlarından keçən şəhidlərimizə rəhmət diləyirəm. Vətənə qovuşmaq böyük səadətdir. Əminəm ki, bütün xankəndililərin doğma Xankəndidə şəffaf və ədalətli prinsiplərlə məskunlaşması təmin ediləcək. Məcburi köçkünlük dövründə 4 ailə üzvünü itirmiş bir xankəndili kimi köçürülmənin sürətləndirilməsini, həyatda olan hər bir xankəndilinin doğma yurda qovuşmasını arzulayıram. Artıq, Xankəndidəki yeganə azərbaycandilli məktəb olan Xankəndi 4 saylı Nizami Gəncəvi adına məktəbin müəllimləri olmuş, tanınmış pedaqoqlar: atam Cəmil müəllimin, anam Şura xanımın, işğal dövründə həmin məktəbi yaşatmağa nail olmuş, orada direktor işləmiş qardaşım Nazim müəllimin , qardaşım, Qarabağ müharibəsi iştirakçısı, müharibə veteran, 9 kitab müəllifi, hərbi jurnalist İlhamın ruhu Xankəndinin göylərində sevinclə yenilikləri seyr edir. Bir gün mən də həmyerlilərim kimi o sevinci yaşayaram",-deyə o hisslərini ifadə edib.
Xatırladaq ki, 1959-cu ildə Xankəndində anadan olan Hikmət Xudiyevin ən yadda qalan günləri öz yurdunda keçib. Orada polis zabiti işləyib, sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb və yenidən 1988-ci ilin hadisələri zamanı Xankəndidə işləyib, həmin vaxtların şahididir.
Xankəndi işğal ediləndən ( 1991-ci il dekabrın 26-da) polkovnik Hikmət Xudiyevin ən böyük arzusu doğma yurdu Xankəndiyə qayıtmaq, ömrünün qalan günlərini orada keçirmək, şəhidlərin ruhunu şad etməkdir, çünki onun da atası, anası və qardaşları da bu torpaqların işğalı ilə barışmayıb, bunu özlərinə dərd edib və elə bu dərdlə də dünyamızı tərk ediblər.
Əntiqə Rəşid
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.