Polkovnik: "Atamın, anamın, qardaşlarımın ruhuna məskən Xankəndimə ilk köç ..."
21 Yanvar 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
106
21.01.2026, 15:35
Bu gün Azərbaycan musiqi mühiti ciddi bir transformasiya dövrünü yaşayır. Bir tərəfdə onilliklərin süzgəcindən keçmiş klassik ənənələr və akademik vokal məktəbi, digər tərəfdə isə rəqəmsal platformaların diktə etdiyi yeni “pop-mədəniyyət” dalğası. Bəs əsl sənətkarı şou-biznes nümayəndəsindən ayıran cizgi haradan keçir? Not bilmədən sənətkar olmaq mümkündürmü?
Oxu24.com saytının əməkdaşı tanınmış musiqi tənqidçisi Şahin Hüseynov ilə söhbətində bu suallara cavab axtarmaqla yanaşı, Flora Kərimovanın fenomenal səs diapazonundan tutmuş, müasir toy platformasının musiqi təhsili roluna qədər ən aktual mövzulara işıq salıb.
Müsahibəni sizlərə təqdim edirik:
-Şahin bəy, müasir ifaçılardan kimləri sənətkar adlandırmaq olar?
-“Müasir ifaçılardan kim öz sənətini məharətlə ifa edə bilirsə, o xalq içərisində sənətkar adlanır. Bu gün bizim sənət toylarla ölçülür. Toylarda “bayağı” oxunan mahnılar qulaq asmaq, dinləmək üçün deyil, oynamaq üçündür. Kim o mahnıları ürəklə ifa edirsə, pozuq səs sistemlərinin, gurultulu səs müqabilində onu göstərə bilirsə, xalqa enerji verə bilirsə, oynada bilirsə bu artıq o sahənin sənətkarıdır.
Efirlərə də onlar dəvət alırlar. Çünki, musiqiçilər maddiyatı toyda qazanırlar. Amma kim sırf səhnə sənəti ilə məşğuldursa, peşəkarlıq baxımından ariyalar, ağır ifalar səsləndirənlər təbii ki, toylara dəvət ala bilmirlər. Lakin sənətkarlar bilirlər ki, onlar oxumaq üzrə əsl sənətkardırlar”.
-Sizcə Xalq artistləri canlı ifa edə bilirmi?
-“Biz tanıdığımız Xalq artistlərini fonoqram ilə tanımışıq. Demək olar ki, 1-2 nəfər Sovet dövründə canlı ansamblla oxuyurdular.
Məsələn, Rəşid Behbudov efirdə deyirdi ki, “Elə mahnılar var, onu 3 ilə yazdırmışıq”.
“Sona Bülbüllər” hər kəs bilir ki, 2 ilə yazılıb.
Sadəcə olaraq onların fonoqramla düzgün variantını adi səsi olan biri oxuyanda bu insanın səsi artıq milyon səsin içində fərqlənir.
Xalq artistləri, hansı ki, muğam ifaçıları, xanəndələr var ki, onlar canlı ifa etməyə məcburdular. Onların da canlı ifalarında əlbəttə, vəziyyətdən, səsdən asılı olaraq onlarda səs qırıla da bilir.
Fikir verin, bizdə ada meyil daha çoxdur. Məsələn, filankəs oxuyursa, mümkün deyil ki, qəbahətli bir iş etsin. Amma onu bir cavan müğənni edəndə deyilir ki, fonoqramaya görə belə oxuyurmuş. Yəni, nəzərə alınmır ki, cavanın da səsi teldir, fərqlidir.
Səslər var ki, danışıq səsləridir. İnsan danışanda necə ki, deton etmir, səsi qırılmır. Oxuduğu tonallıqda danışırmış kimi oxuya bilir və dolğun səsi zalı doldurur.
Xalq artisti oxuyanda səsi qaçdıqda, səsində deffekt olanda görməzdən gəlinir və yaxud nəzərə alınır ki, filan səbəblərə görə belə olub.
Əslində xalq artistini nəzərə aldıqda cavanı da nəzərə almalıyıq. Nasaz səslənmə ilə, düzgün olmayan müşaiyətlə bir müğənninin güclü fon musiqisinin altında səsi qaça bilər”.
-Toy bir məktəbdirmi?
-“Toy bir sınaq meydanıdır. Əvvəllər məclislərdə oyun olmayanda, ancaq yemək-içmək olurdu. Qadınlar ayrı, kişilər ayrı olurdu. Onda kişilər məclisdə oynamırdılar. Sanballı mahnılar sifariş edirdilər. Müğənni məcbur olub, çətin mahnını məktəbdən yəni, hansısa sənətkardan öyrənirdi.
Bu gün artıq toyda sadə mahnılar oxunulur. Onları öyrənmək üçün heç bir məktəbə ehtiyac yoxdur. Toyun bu gün öz meyarları var. Rəqs edə bilirsən, xarici görkəmi gözəldir, gülməli hərəkətlərlə oynamağa utanmırsan və s.
“Toy məktəbliyi” ona görə deyilir ki, məsələn, Bakı kəndlərində mahnı kəsilir, deyilir filan mahnını oxu. Sən məcbur o mahnını öyrənməlisən. O səni artıq məktəbə yönəldir. Özü də olur sınaq meydanı”.
-Estrada anlayışını necə izah edərdiniz?
-“Estrada sadəcə olaraq səhnə deməkdir. Opera sənəti lap qədimlərdə , 400-cü illərdə İtaliyada misteriyalarda başlayıb.
Meydanlarda tamaşalar göstərilirdi, quru torpağın üzərində.
Getdikcə amfiteatr yaranmağa başladı. Aktyorlar aşağıda olurdu, pillə-pillə yuxarıda olan oturaqcaqlarda insanlar otururdular.
Sonra isə səhnə yarandı. Artıq səhnə aşağıdan yuxarı qalxıb. İnsanlar aşağıdan yuxarıya baxıblar. Bu estradadır.
Estradada bütün ifa olunan növlər, janrlar hər biri estrada musiqisidir”.
-Sizcə, opera sənəti nə ilə fərqlənir və bu janrın ifaçıdan tələbləri nələrdir?
-“Opera iş, əsər deməkdir. Opera teatrla paralel inkişaf edib. Opera əvvəlcə İtaliyada misteriyalarda(mistik tamaşalar göstərilən yer) yaranıb. Orta əsrlərdə səciyyələr keçib. 17-ci əsrdə nəhayət, opera seriya yaranıb.
Operada tələb olunan müasir səsdir, tembrdir. Əgər səsdə tembr yoxdursa, onu insana heç bir “məktəb” öyrədə bilməz”.
-Estradada kimi lider hesab edirsiniz?
-“Estrada dedikdə müasir musiqi nəzərdə tutulur. Amma estrada səhnə deməkdir.
Köhnə korifey sənətkarlarımızdan Rəşid Behbudov, Flora Kərimova, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Oqtay Ağayev, Gülağa Məmmədov, Mirzə Babayev. Bu şəxslər bizim müasir musiqinin liderləridir. Hər biri təkrar olunmaz səsi, ifaçılığı, peşəkarlığı ilə tanınır. Bütün gənclər də çalışırlar ki, özlərini onlara bənzədələr. İstər opera sahəsində, istər müasir mahnı ifaçılığında”.
-Vokal nədir? Yaxşı vokal ifanı müəyyən edən əsas xüsusiyyətlər hansılardır?
Həmçinin oxuyun
-“Vokal oxumaq deməkdir. Ariya isə operada oxunan dialoqlardır. Yəni qəhrəmanın danışıq sözləridir.
Bu gün bizim teatrda bədii danışma qalıb. Bu gün insanlar komedixananı qəbul edirlər. Çünki, orda səmimi danışıq var”.
-Ümumiyyətlə, mahnı növləri hansılardır? Estrada, xalq, klassik və müasir mahnılar arasında əsas fərqləri necə izah edərdiniz?
-“Musiqidə mahnı növlərinin 3 növü var. Vokal, vokal-instrumental, instrumental.
Vokal musiqisiz mahnıdır. Qədimlərdə əkinçi mahnılar var idi, holavarlar var idi. Qımqımalar var idi.
Musiqi müşayiəti ilə oxunan vokal-instrumentaldır. Yəni alətlərin müşayiəti ilə oxunan.
İnstrumental isə oxunmadan olan aratoriyalar, sanatalar, simfoniyalardır.
Klassik və müasir mahnılar arasındakı fərqlər də budur ki, klassik mahnılar zildən oxunurdu.
Məsələn, “Sarı bülbül”, “Sona bülbüllər”və başqa aşıq mahnılad zildən oxunurdu. Müasir mahnılar müasir ritmlərlə oxunur. Mədəni ifa tərzi, müasir səslər, “modern talking”də eşitdiyimiz avazlarla oxunur.
Müasir mahnılarla klassik mahnıların fərqi ondadır ki, müasir mahnılarda disko, tango, vals olur.
Bəzi opera müğənniləri var ki, xalq artistidirlər. Amma birdən-birə falçet oxuyurlar. İllərlə qazandığı zəhməti itirirlər. Bilmək olmur ki, bunlar o “məktəb”də nə öyrəniblər. Onların da tələbələri var. Ona görə də bu gün estradaya mahnı deyilir. Vokal deyiləndə yalnız ariya nəzərdə tutulur.
Sənətkarlıq, sənət zildə, bəmdə oxumaq deyil. Düzgün vokal qaydalarla oxumaqla ölçülür”.
-Damla, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Nəfəs, Kəmalə Günəşli və bu üslubda olan ifaçılar hansı kateqoriyaya aiddir?
-“Bu ifaçılar xalqın tələb etdiyi asan, “3 badam, 1 qoz” mahnıların pop starlarıdır. Xalq o mahnıları tələb etməsə, qəliz, sənətə aid mahnılar tələb etsə onlar oxuya bilməzlər.
“Ay Sənəm, Sənəm”, “Yenə gəldi yaz ayları, bülbül gülə naz eyləyir” və bu tip mahnıları professorlarda oxuyur, istedadsızlarda onu oxuyur.
Yəni, bu ifaçılar fonoqram ilə “şirin səslərini” çatdıra bilirlər.
Bəzilər var ki, müsabiqədən çıxıblar. Baxırsan, məsələn tanınmış, populyar müğənnidir, Tiktok da canlı açıb oxuyur. Toylarda ən zəif müğənninin belə oxuya biləcəyi ən zəif mahnıları oxuyur”.
-Not bilməyən müğənnilər necə sənətkar adını qazanır?
-“Onlar belə sənətkar adı qazanırlar ki, onların içərisində səsi, diapazonu geniş olanlara deyirlər ki, fərqi yoxdur hardan ifa edirsənsə, et.
Mahnının zilini bu gün toylarda oxumurlar, bəmini oxuyurlar. Qışqırtılı səs camaata çatdıqda bəs edir.
Ümumiyyətlə, nota baxıb heç kim mahnı oxumur. Onu “məktəb”dən dinləmə yolu ilə öyrənirlər”.
-Azərbaycan estradasında ən zil səsli qadın və kişi müğənnilər kimlərdir?
-“Şanson ifaçıları mahnı ifaçılığında böyük oktava, kiçik oktava və birinci oktavanın yarısının sol notuna qədər bəmli-zilli mahnılar oxuyur. Mi, Fa əksəriyyətinin oxuduğu notlardır.
Mirzə Babayev bəmli-zilli musiqiləri, məsələn, “Pəncərəmə qondu çiçək”i Re notundan oxuyurdu. Kiçik oktavanın Re notunda bəmini birinci oktavanın Re notunda mahnının zilini oxuyurdu.
Kiçik oktavanın sol notunda belə hər zil səsli müğənni oxuya bilmir. Onlar üçün o bəm olur. Ona görə də zil səsli müğənnilər kiçik oktavanın sol notundan birinci oktavanın 8-ci pillə Do notuna qədər oxuya bilirlər.
Bəm səsli müğənnilərdə diapazon daha geniş olur.
Zil səsli müğənnilər böyük oktavaya düşə bilməzlər.
Ən zil səsli mahnı ifaçısında, opera müğənnilərində kiçik oktava ilə təmiz oktava olur.
Kişi müğənnilərdən ən zil səslilər Lütfüyar İmanov, Rəşid Behbudov, Müslüm Maqomayev və b.
Qadınlardan ən zil səslilərinə isə Flora Kərimovanı nümunə göstərmək olar. Flora Kərimovanın üstünlüyü onun səsinin zilliyində deyil, səsin gözəlliyində, məlahətində, çalarında, dolğunluğunda və gözəl ifadadır”.
-Çox sağ olun, Şahin bəy. Musiqi dünyasının sirlərindən özəl məqamları bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirik!
-Təşəkkür edirəm!
Müsahibəni hazırladı: Çimnaz Telmanqızı
17:37 / 21 Yanvar 2026
10
17:29 / 21 Yanvar 2026
21
17:15 / 21 Yanvar 2026
33
17:08 / 21 Yanvar 2026
37
16:54 / 21 Yanvar 2026
41
16:53 / 21 Yanvar 2026
37
16:38 / 21 Yanvar 2026
503
16:31 / 21 Yanvar 2026
133
15:59 / 21 Yanvar 2026
887
15:57 / 21 Yanvar 2026
64
15:52 / 21 Yanvar 2026
69
15:52 / 21 Yanvar 2026
203
15:10 / 21 Yanvar 2026
281
15:03 / 21 Yanvar 2026
2521
14:59 / 21 Yanvar 2026
74
14:39 / 21 Yanvar 2026
117
14:17 / 21 Yanvar 2026
82
14:06 / 21 Yanvar 2026
697
13:54 / 21 Yanvar 2026
355
13:28 / 21 Yanvar 2026
1096
13:24 / 21 Yanvar 2026
119
12:59 / 21 Yanvar 2026
100
12:45 / 21 Yanvar 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.