Eldəniz Əmirov: Makroiqtisadi göstəricilər bazarların əsas kompasıdır
02 İyul 2026, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
75
03.07.2026, 17:55
Ölkənin birinci bankı Kapital Bank müştərilərinə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə yeni konsept əsasında inşa olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib. Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır.
Oxu24.com xəbər verir ki, Kapital Bank gündəlik bank əməliyyatlarının böyük hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.
Yeni filiallar tamamilə yeni konsept əsasında inşa olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz bu konsept əsasında fəaliyyət göstərəcək.
Yeni filiallarda müştərilərə əmanətlər, debet və kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün növ bank məhsul və xidmətləri təqdim olunur.
Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir. Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə, müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank xidmətlərini əlçatan edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
19:38 / 03 İyul 2026
46
19:18 / 03 İyul 2026
56
19:08 / 03 İyul 2026
136
18:45 / 03 İyul 2026
171
18:26 / 03 İyul 2026
67
18:11 / 03 İyul 2026
87
18:00 / 03 İyul 2026
80
17:45 / 03 İyul 2026
72
17:40 / 03 İyul 2026
91
17:35 / 03 İyul 2026
78
17:30 / 03 İyul 2026
97
17:21 / 03 İyul 2026
85
17:10 / 03 İyul 2026
94
17:05 / 03 İyul 2026
86
17:04 / 03 İyul 2026
111
16:54 / 03 İyul 2026
89
16:32 / 03 İyul 2026
95
16:27 / 03 İyul 2026
96
16:24 / 03 İyul 2026
91
16:22 / 03 İyul 2026
85
16:11 / 03 İyul 2026
94
15:38 / 03 İyul 2026
90
15:31 / 03 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.