Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
21 Sentyabr 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
03.07.2026, 16:11
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Türk Dünyası Həftəsi çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, sərgi Türk Mədəniyyəti və İrsi Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Layihənin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etməkdir.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Birinci Türkoloji Qurultayın Türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olduğunu və türk xalqlarının irsinin öyrənilməsi üçün elmi əsaslar yaratdığını qeyd edib. Çıxışının yekununda Muzeyin direktoru sərginin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirib.
Sərginin ev sahiblərindən olan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Fondun prezidenti bildirib ki, 100 il əvvəl Birinci Türkoloji Qurultayda səsləndirilən və dövrün ən mühüm ideya suallarından birinə çevrilən “Türk xalqları kimdir, nə istəyir, harada birləşir?” sualının cavabı məhz bu sərgidə öz əksini tapır.
Professor Aktotı Raimkulova vurğulayıb ki, Fond üçün bu sərgi sadəcə bir layihə deyil, Türk dünyasının ortaq yaddaşına, ortaq köklərinə və zəngin mədəni irsinə göstərilən dərin ehtiramın təzahürüdür.
“Buradakı hər sənəd, hər fotoşəkil, hər eksponat bir tarixdir. Onları diqqətlə seyr edin - çünki onların içində bizim hamımızın kökləri var”, - deyə Fondun prezidenti çıxışını yekunlaşdırıb.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasında türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə Türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular əksini tapıb.



23:29 / 21 Sentyabr 2026
93
23:14 / 21 Sentyabr 2026
91
22:27 / 21 Sentyabr 2026
99
22:22 / 21 Sentyabr 2026
92
22:20 / 21 Sentyabr 2026
90
22:12 / 21 Sentyabr 2026
96
22:04 / 21 Sentyabr 2026
89
22:03 / 21 Sentyabr 2026
89
21:55 / 21 Sentyabr 2026
89
21:47 / 21 Sentyabr 2026
86
21:41 / 21 Sentyabr 2026
95
21:35 / 21 Sentyabr 2026
88
21:32 / 21 Sentyabr 2026
96
21:30 / 21 Sentyabr 2026
141
21:21 / 21 Sentyabr 2026
92
21:18 / 21 Sentyabr 2026
76
21:18 / 21 Sentyabr 2026
79
21:11 / 21 Sentyabr 2026
128
21:02 / 21 Sentyabr 2026
78
20:56 / 21 Sentyabr 2026
91
20:52 / 21 Sentyabr 2026
91
20:29 / 21 Sentyabr 2026
88
20:10 / 21 Sentyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.