Qaynar xətt:

(+99450) 247 90 86

Keniyada abort tabusu minlərlə qadının ölümünə səbəb olur  

Keniyada abort tabusu minlərlə qadının ölümünə səbəb olur  

DÜNYA

498

03.07.2026, 16:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Keniyada abortla bağlı ictimai və dini tabular hər il minlərlə qadının həyatını riskə atır. Bu barədə Nayrobidə yerləşən Afrika Əhali və Sağlamlıq Tədqiqat Mərkəzinin (APHRC) hesabatında bildirilir.

Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmaya əsasən, 2023-cü ildə ölkədə təxminən 793 min abort həyata keçirilib. Mütəxəssislər bildirirlər ki, təhlükəsiz tibbi xidmətlərə çıxışın məhdud olması səbəbindən hər il yüz minlərlə qadın qeyri-qanuni və təhlükəli üsullara müraciət edir.

Məlumata görə, ötən il təhlükəsiz olmayan abortlar nəticəsində gündə orta hesabla yeddi qadın həyatını itirib. Həkimlər ağır infeksiyalar, qanaxmalar və digər ciddi fəsadların tez-tez müşahidə olunduğunu bildirirlər.

Ölkədə abort yalnız ananın həyatı və sağlamlığı təhlükə altında olduqda qanuni hesab edilsə də, hüquqi qeyri-müəyyənlik və ictimai təzyiqlər bu sahədə problemlərin davam etməsinə səbəb olur.

Mütəxəssislər qadın sağlamlığının qorunması üçün mövcud reallığın qəbul edilməsinin və təhlükəsiz tibbi xidmətlərə çıxışın genişləndirilməsinin vacibliyini vurğulayırlar.

Nigar