Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
869
03.07.2026, 18:45
"Uşaqlara qarpız verməyin. Mövsümündən əvvəl satışa çıxarılan qarpızlar uşaqlar üçün risk yarada bilər".
Oxu24.com xəbər verir ki,bu sözləri Musavat.com-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Həkimin sözlərinə görə, yay mövsümündə uşaqlarda müşahidə olunan mədə-bağırsaq pozğunluqları çox vaxt məhz qarpızla əlaqəli olur:
"Azərbaycanda qarpızın təbii yetişmə dövrü ənənəvi olaraq iyunun ikinci yarısından sonra başlayır və hazırda bazarlarda satılan məhsulların hamısı süni üsullarla yetişdirilir.
Uzun illər praktik fəaliyyətim zamanı yay mövsümündə uşaqlarda müşahidə olunan mədə-bağırsaq pozğunluqlarının çox vaxt məhz qarpızla əlaqələndirildiyinin şahidi olmuşam. Qəbuluma gələn və ya telefonla müraciət edən valideynlərin əksəriyyəti uşaqlarında yaranan qarın ağrısı, ishal və digər həzm problemlərini qarpız yedikdən sonra müşahidə etdiklərini deyirlər. Yay aylarında mədə-bağırsaq pozğunluqlarının əsas səbəblərindən biri qida amilidir. Virus infeksiyaları da mövcuddur, amma ilk növbədə uşağın nə yediyi araşdırılır”, – deyə pediatr vurğulayıb.
Həkim bildirib ki, burada söhbət mütləq zəhərlənmədən getmir:
"Mədə-bağırsaq sisteminin funksional pozğunluğu ilə qida zəhərlənməsi fərqli anlayışlardır. Zəhərlənmənin təsdiqlənməsi üçün konkret zəhərli maddənin aşkarlanması vacibdir. Lakin təbii yetişməmiş məhsullar uşaqların həssas həzm sisteminə mənfi təsir göstərə bilir.
Təkcə qarpız deyil. Bazarlarda gördüyümüz gilas, ərik, yemiş və digər məhsulların əksəriyyəti mövsümündən əvvəl satışa çıxarılan meyvələrdir. Bu meyvələr görünüş baxımından ideal təsir bağışlayır. Hamısı eyni ölçüdə, eyni formada olur. Halbuki təbiətdə məhsulların hər biri fərqli yetişir. Görünüş gözəl olsa da, dadı və qoxusu əvvəlki kimi hiss olunmur”, – deyə o qeyd edib.
Pediatr valideynlərə xüsusilə azyaşlı və körpə uşaqların qidalanmasına diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, bəzi hallarda həzm pozğunluqları nəticəsində uşaqlar ciddi maye itkisi ilə üzləşir və bu zaman xəstəxana şəraitində maye dəstəyinə ehtiyac yaranır.
Qarayev hesab edir ki, mövsümündən əvvəl qarpız yemək üçün tələsməyə ehtiyac yoxdur:
“Bir neçə həftə gözləmək heç nəyi dəyişmir. Təbii yetişmiş məhsulu vaxtında yemək daha təhlükəsizdir. Sosial şəbəkələrdə kiminsə qarpız paylaşması valideynləri tələsdirməməlidir. Uşaqların sağlamlığı hər şeydən vacibdir”.
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.