Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11136
02.07.2026, 12:42
Bir sıra ölkələrdə vətəndaşlar pensiya yaşına çatmadan fərdi pensiya hesablarında topladıqları vəsaitdən müəyyən məqsədlər üçün istifadə edə bilirlər. Bu vəsaitlər əsasən ilk mənzilin alınması, biznesin qurulması və ya digər sosial ehtiyacların qarşılanmasına yönəldilir.
Bəs Azərbaycanda da pensiya kapitalının vaxtından əvvəl istifadəsinə imkan yaradan mexanizmin tətbiqi mümkündürmü?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir mexanizmin tətbiqi vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım ola bilər.
Onun sözlərinə görə, pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edər:
“Əslində bu, vətəndaşlar üçün asanlaşdırıcı mexanizmlərdən biridir. Vətəndaşın sosial və maddi vəziyyətinin yaxşılaşdırılması baxımından vacib addımdır. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda da belə bir model nəzərdən keçirilə bilər. Bu, xüsusilə aztəminatlı insanların problemlərinin həllinə müsbət təsir göstərəcək. Ümid edirəm ki, gələcəkdə bu mexanizmin tətbiqi mümkün olacaq.”
F.Mustafa hesab edir ki, belə bir yanaşma tətbiq ediləcəyi təqdirdə həm vətəndaşların maliyyə imkanlarının genişlənməsinə, həm də sosial rifahın yüksəlməsinə töhfə verə bilər. Bununla yanaşı, mexanizmin tətbiqi zamanı pensiya sisteminin maliyyə dayanıqlığının qorunması və istifadənin konkret qaydalarla tənzimlənməsi də əsas şərtlərdən biri olmalıdır.
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.