Yuxunu dəstəkləyən 4 şirin qida —Şəkər istəyini də aradan qaldırır
20 Sentyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5813
02.07.2026, 12:55
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyətinin iştirakı ilə Polis Akademiyasında "Polis Günü"nə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, peşə bayramı münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, müasir dövrün çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.
Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini bildirib.
Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyi qeyd olunub.
İşğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdış"ın sürətlənməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.
Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.
Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür ifadə olunub.
General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının qazanılan uğurlardakı rolunu xüsusi vurğulayan daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.
Həmçinin oxuyun
23:42 / 20 Sentyabr 2026
56
23:22 / 20 Sentyabr 2026
1
23:22 / 20 Sentyabr 2026
80
22:50 / 20 Sentyabr 2026
118
22:34 / 20 Sentyabr 2026
103
22:03 / 20 Sentyabr 2026
80
21:41 / 20 Sentyabr 2026
214
21:28 / 20 Sentyabr 2026
86
20:40 / 20 Sentyabr 2026
99
20:31 / 20 Sentyabr 2026
211
20:12 / 20 Sentyabr 2026
76
20:05 / 20 Sentyabr 2026
90
19:49 / 20 Sentyabr 2026
1620
19:29 / 20 Sentyabr 2026
115
19:17 / 20 Sentyabr 2026
108
18:59 / 20 Sentyabr 2026
93
18:59 / 20 Sentyabr 2026
901
18:55 / 20 Sentyabr 2026
264
18:52 / 20 Sentyabr 2026
92
18:48 / 20 Sentyabr 2026
101
18:47 / 20 Sentyabr 2026
257
18:23 / 20 Sentyabr 2026
92
18:22 / 20 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.