Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? – Alimlərdən xəbərdarlıq
22 Sentyabr 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
03.07.2026, 13:44
Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilər – Rauf Əhmədov və Dəyanət Musayevin nəşinin qalıqları ailələrinə təhvil verilərək doğulduqları rayonlarda torpağa tapşırılıb.
Oxu24.com xəbər verir ki, 1969-cu il təvəllüdlü Rauf Əjdər oğlu Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb, Azərbaycan bayrağı şəhidin qardaşına təqdim olunub.
Qeyd edək ki, Rauf Əhmədov 1993-cü ildə Ağdərə rayonu ərazisində, Sərsəng su anbarı yaxınlığında itkin düşmüşdü. Onun kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən olunub.
Həmçinin, 1973-cü il təvəllüdlü Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib. Kənddə keçirilən vida mərasimindən sonra şəhid doğulduğu kənd qəbiristanlığında dəfn olunub.
Dəyanət Musayev 1994-cü ilin fevralında Murovdağ silsiləsində itkin düşmüşdü. Onun qalıqları itkin düşdüyü ərazidə aşkar olunub və ekspertiza nəticələri əsasında şəxsiyyəti təsdiqlənərək ailəsinə məlumat verilib.
22:54 / 22 Sentyabr 2026
33
22:39 / 22 Sentyabr 2026
44
22:34 / 22 Sentyabr 2026
37
22:15 / 22 Sentyabr 2026
43
21:43 / 22 Sentyabr 2026
53
21:29 / 22 Sentyabr 2026
63
21:19 / 22 Sentyabr 2026
65
21:10 / 22 Sentyabr 2026
67
21:00 / 22 Sentyabr 2026
71
20:55 / 22 Sentyabr 2026
73
20:39 / 22 Sentyabr 2026
77
20:37 / 22 Sentyabr 2026
836
20:15 / 22 Sentyabr 2026
75
20:00 / 22 Sentyabr 2026
71
19:46 / 22 Sentyabr 2026
86
19:36 / 22 Sentyabr 2026
491
19:21 / 22 Sentyabr 2026
82
19:19 / 22 Sentyabr 2026
79
19:15 / 22 Sentyabr 2026
71
19:11 / 22 Sentyabr 2026
81
18:59 / 22 Sentyabr 2026
580
18:55 / 22 Sentyabr 2026
74
18:55 / 22 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.