Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ 

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ 

CƏMİYYƏT

99

03.07.2026, 17:04

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 4-5-də, bəzi yerlərdə isə iyulun 6-dan 8-i gündüzədək arabir yağış yağacağı gözlənilir.

Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.