İcra başçısı yeni sektor müdiri təyin etdi
03 İyul 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
03.07.2026, 16:54
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Bu barədə Oxu24.com-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaqların icarəyə verilməsi, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikaları ilə təmin olunma, suvarma və digər məsələlərlə bağlı olub.
M.Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və bu sahənin inkişafına təkan verəcəyi vurğulanıb.
19:08 / 03 İyul 2026
6
18:45 / 03 İyul 2026
41
18:26 / 03 İyul 2026
50
18:11 / 03 İyul 2026
64
18:00 / 03 İyul 2026
61
17:55 / 03 İyul 2026
56
17:45 / 03 İyul 2026
56
17:40 / 03 İyul 2026
75
17:35 / 03 İyul 2026
61
17:30 / 03 İyul 2026
77
17:21 / 03 İyul 2026
70
17:10 / 03 İyul 2026
79
17:05 / 03 İyul 2026
73
17:04 / 03 İyul 2026
96
16:32 / 03 İyul 2026
81
16:27 / 03 İyul 2026
84
16:24 / 03 İyul 2026
81
16:22 / 03 İyul 2026
75
16:11 / 03 İyul 2026
83
15:38 / 03 İyul 2026
79
15:31 / 03 İyul 2026
89
15:23 / 03 İyul 2026
92
15:21 / 03 İyul 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.