Qaynar xətt:

(+99450) 247 90 86

Aygün Kazımova: “Hər zaman diqqət mərkəzində olmuşam”

Aygün Kazımova: “Hər zaman diqqət mərkəzində olmuşam”

ŞOU-BİZNES

2875

24.04.2018, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 Xalq artisti Aygün Kazımova “Söhbət elə” adlı “Youtube” layihəsinin qonağı olub.
Oxu24.com  xəbər verir ki, müğənni “Azərbaycan kişisi hər mənada yanınızda olmağı arzu edirdi. Bu həqiqətin sizə gətirdiyi neqativ və pozitivliklər nələrdir” sualına belə cavab verib: “Mənə xoşbəxtlik verən, cazibədar edən şeylərin neqativ tərəflərini görmüşəmsə, artıq unutmuşam. Azərbaycan qadınının mənə paxıllığını hiss edirdim. İndi də belədir. Səhnədə olmadığım anlarda hər zaman diqqət mərkəzində olmuşam. İnsanların bir nöqtədə cəmləşdiyini hiss etmişəm”.  
Bundan əlavə, Kazımova “Kristal Hall”da baş tutan konsertindən də danışıb: “Konsert haqqında ömrümün axırına kimi danışacam. Hazırlıq zamanı elə fikirləşdim ki, 4 ay Avropaya gedib dərs keçdim. Bunu yubileyimə yaraşan zirvə konserti hesab edirəm”.