Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
276
23.10.2026, 21:36
Ermənistanın sülh sazişi ilə bağlı yeni açıqlamaları: 2027–2028-ci illərdə imzalamaq nə dərəcədə realdır?
Azərbaycan və Ermənistan arasında sülh prosesi Cənubi Qafqazda sabitliyin bərqərar olması baxımından həyati əhəmiyyət daşıyır. Son dövrlərdə İrəvan rəsmilərinin səsləndirdiyi ziddiyyətli bəyanatlar isə tərəflər arasında yekun sülh sazişinin imzalanma tarixi ilə bağlı suallar doğurur.
Əvvəllər sazişin 2031-ci ilə qədər uzana biləcəyini iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın bu prosesi 2027–2028-ci illərə çəkməyin zəruriliyini qeyd etməsi diqqət çəkir. Bu dəyişən mövqe sülh sazişinin perspektivləri və tərəflərin üzləşdiyi əsas maneələr ətrafında geniş müzakirələrə səbəb olur. Azərbaycan tərəfi hər zaman konstruktiv mövqe sərgiləsə də, İrəvanın daxili siyasi manevrləri prosesə təsir göstərir.
Ermənistanın yeni konstitusiya layihəsi hazırlamaq və referenduma getmək planları isə vaxt baxımından müəyyən suallar doğurur. Bütün bu amillər fonunda tərəflərin sülhə nail olması üçün bir sıra hüquqi və siyasi addımları atması zəruridir.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-a fikirlərini bölüşüb.
Politoloq Məhəmməd Əsədullazadə: "Ermənistan hüquqi prosedurlar üçün yol tapmalı və yekun sülh müqaviləsini bağlamalıdır"
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək bağlanacağını qeyd etsə də, indi bu müddətin 2027-ci ilə qədər bağlanacağını bildirir:
“Təbii ki, Ermənistan ilk növbədə ilin axırına kimi Konstitusiyanın yeni Konstitusiya mətnini elan etməlidir ictimaiyyətə. Gələn il konstitusiya tərkibi ilə bağlı da referendum keçirməlidir.
Onun sözlərinə görə, müəyyən qədər problem var. Çünki, Ermənistan parlamentihüquqi 70 mandata malik deyil, hüquq üstünlüyü yoxdur, siyasi üstünlüyü yoxdur. Ona görə də konstitusiya referendumu üçün detallı səs sayı yoxdur parlamentdə. Müəyyən qədər əngəldir. Azərbaycan tərəfi də buna baş sərt reaksiya göstərmir.
Məhəmməd Əsədullazadə qeyd edib ki, amma buna baxmayaraq, Ermənistan hakimiyyəti müəyyən hüquqi bir prosedur yolu tapmalıdır və yekun sülh müqaviləsini bağlamalıdır:
“Konstitusiya referendumunun keçirilməsi Azərbaycana qarşı ərazi iddiaları müstəqil bəyanatından çıxarıldıqdan sonra əgər Ermənistan buna edərsə, 2027-ci ildə yekun sülh müqaviləsi bağlana bilər”.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.