Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
23.10.2026, 22:58
Paytaxtın 7-ci və 8-ci mikrorayonları arasında, Cəfər Xəndan küçəsində Bakının yeni — 10-cu mikrorayon salınacaq. Şəhərsalma və memarlıq baxımından böyük maraq doğuran bu təşəbbüs paytaxtın həmin hissəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Yeni yaşayış massivinin yaradılması ərazinin infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, sakinlərin rahatlığı üçün geniş imkanlar açır. Mütəxəssislər hesab edirlər ki, layihələndirmə zamanı müasir memarlıq tendensiyaları və ekoloji tələblər əsas götürülməlidir. Bununla da paytaxt sakinlərinin estetik baxımdan zəngin və rahat yaşayış mühiti ilə təmin olunması hədəflənir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran memar Cahid Həsənov bildirib ki, mikrorayonun salınması şəhərsalma baxımından çox sevindirici və gözəl haldır:
“Mikrorayon anlayışı şəhər daxilində müstəqil yaşayış mühiti formalaşdıran, müxtəlif sosial və infrastruktur obyektlərini vahid ərazidə birləşdirən şəhərsalma modelidir. Belə ərazilərdə parklar, uşaq əyləncə mərkəzləri, məktəblər, uşaq bağçaları, ictimai nəqliyyat infrastrukturu və ticarət obyektləri kompleks şəkildə planlaşdırılır. Bu yanaşma sakinlərin gündəlik tələbatlarının yaşayış ərazisinin özündə qarşılanmasına və rahat yaşayış mühitinin formalaşmasına imkan yaradır”.
Memarın sözlərinə görə, mikrorayonların əsas üstünlüklərindən biri fərdi yaşayış binalarının tikintisi ilə müqayisədə ərazinin kompleks və sistemli şəkildə planlaşdırılmasıdır:
“Son illərdə özəl tikinti şirkətləri tərəfindən salınan yaşayış massivlərində sıx tikinti, sosial infrastrukturun məhdudluğu və ərazinin sakinlərin ehtiyaclarına uyğun təşkil olunmaması kimi problemlər müşahidə edilir. Bu zaman əsas diqqət çox vaxt tikinti sahəsindən səmərəli istifadəyə və kommersiya gəlirlərinə yönəlir. Nəticədə ərazidə yaşayan insanların sosial və məişət ehtiyaclarını təmin edən obyektlərin yerləşdirilməsi üçün imkanlar məhdudlaşır”.
Cahid Həsənov qeyd edib ki, müasir mikrorayonlar isə sovet dövrünün standartlaşdırılmış yaşayış məhəllələrindən fərqlənməlidir. Burada binaların memarlıq-estetik görünüşü, tikililər arasındakı məsafə, təbii işıqlandırma, havalandırma və açıq ictimai məkanların təşkili əsas planlaşdırma prinsipləri kimi nəzərə alınmalıdır. Ərazinin genişliyi, yaşıllıq sahələrinin qorunması və sosial infrastrukturun əlçatanlığı da yaşayış keyfiyyətinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
“Bu baxımdan, Bakıda yeni mikrorayonun salınması şəhərsalma və memarlıq sahəsində kompleks planlaşdırma yanaşmasının tətbiqi üçün əhəmiyyətli imkan yarada bilər. Belə layihələr yalnız yaşayış binalarının inşasını deyil, həm də insanların rahat, təhlükəsiz və funksional yaşayış mühitində yaşamasını təmin etməlidir. Müasir şəhərsalma prinsiplərinə uyğun həyata keçiriləcəyi təqdirdə, bu təşəbbüs paytaxtın yaşayış məkanlarının planlaşdırılmasında yeni yanaşmanın formalaşmasına töhfə verə bilər”,- deyə memar əlavə edib.
Çimnaz Telmanqızı
10:25 / 13 Noyabr 2026
37
10:22 / 13 Noyabr 2026
45
10:20 / 13 Noyabr 2026
37
10:08 / 13 Noyabr 2026
77
10:02 / 13 Noyabr 2026
50
09:51 / 13 Noyabr 2026
92
09:46 / 13 Noyabr 2026
603
09:44 / 13 Noyabr 2026
101
09:38 / 13 Noyabr 2026
85
09:34 / 13 Noyabr 2026
118
09:33 / 13 Noyabr 2026
67
09:31 / 13 Noyabr 2026
75
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
821
01:42 / 13 Noyabr 2026
54
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
231
23:53 / 12 Noyabr 2026
1797
23:51 / 12 Noyabr 2026
240
23:40 / 12 Noyabr 2026
296
23:34 / 12 Noyabr 2026
157
23:24 / 12 Noyabr 2026
1130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.