Qaynar xətt:

(+99450) 247 90 86

Vəkil kredit borcalanı əsgərliyə çağırıldıqda öhdəliyin aqibətini izah etdi  

Vəkil kredit borcalanı əsgərliyə çağırıldıqda öhdəliyin aqibətini izah etdi  

CƏMİYYƏT

2830

23.10.2026, 14:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kredit götürən şəxsin hərbi xidmətə çağırılması hallarında borc öhdəliyinin aqibəti ilə bağlı suallar vətəndaşlar arasında tez-tez səslənir. Xüsusilə oğlu kreditin təxminən yarısını ödəyib, sonra isə hərbi xidmətə aparılıbsa, valideynlər bu borcun kimin üzərində qaldığını, bankın bu halı nəzərə alıb-almayacağını və kreditin dondurulmasının mümkün olub-olmadığını öyrənmək istəyirlər. Belə suallar çox vaxt maddi çətinlik içində olan, kirayədə yaşayan və gəlir imkanları məhdud ailələr tərəfindən verilir.

Vəkil Samir Süleymanov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, hərbi xidmətə getmək borcalanı kredit öhdəliyindən azad etmir. Onun sözlərinə görə, kredit götürən şəxs müqavilə əsasında vəsaiti əldə edib və ondan istifadə edib, buna görə də həmin vəsaiti qaytarmağa borcludur.

Vəkil vurğulayıb ki, borcalanın hərbi xidmətə çağırılması banka həmin pulu bağışlamaq və ya borcdan imtina etmək öhdəliyi yaratmır.

S.Süleymanov qeyd edib ki, kredit müddətli öhdəlikdir və borcalan kredit götürərkən müqavilənin müddətini bilir. Vəkilin fikrincə, vətəndaş hərbi xidmət yaşına çatdığını və ya yaxın vaxtda xidmətə çağırıla biləcəyini bildiyi halda, kredit götürərkən bu amili əvvəlcədən nəzərə almalıdır. Başqa sözlə, hərbi xidmətə getmə ehtimalı kredit götürməzdən əvvəl qiymətləndirilməli olan risklərdən biridir.

Vəkil bankların bu məsələyə münasibətini də izah edib. Onun sözlərinə görə, əsgərlik yaşı 30 yaşa qədər davam edə bilir və bank hər müraciət edən vətəndaşdan hərbi xidmətə getib-getməməsi ilə bağlı sənəd tələb etmir. Bunun səbəbi bazarda rəqabətin olmasıdır. Banklar müştəriləri cəlb etmək üçün daha əlçatan və rahat kredit məhsulları təklif etməyə, kredit portfelini artırmağa çalışırlar. S.Süleymanov bildirib ki, 30 yaşa çatmamış hər şəxsdən hərbi bilet və ya hərbi çağırışla bağlı arayış tələb edilməsi praktik baxımdan mümkün deyil, belə yanaşma tətbiq olunsa, banklar əslində bu yaş qrupuna kredit verməkdən çəkinməli olardı.

Kreditin dondurulması ilə bağlı suala münasibət bildirən vəkil qeyd edib ki, bu məsələ tərəflərin razılığı ilə həll oluna bilər. Onun izahına görə, kredit müqaviləsi tərəflərin razılığı əsasında bağlanır və eyni qaydada onun şərtləri də dəyişdirilə bilər. Müqavilənin müddəti uzadıla, ödənişlər müəyyən müddətə dondurula bilər. Lakin bu, bankla borcalan arasında razılaşma əsasında mümkündür və banka belə şərtləri qəbul etmək məcburiyyəti yaratmır.

S.Süleymanov vətəndaşlara tövsiyə edib ki, belə vəziyyətlə üzləşdikdə ödənişləri tamamilə dayandırmasınlar, əvvəlcədən banka müraciət edərək vəziyyəti izah etsinlər və kreditin şərtlərinin dəyişdirilməsi, ödəniş qrafikinin yenidən qurulması və ya müvəqqəti güzəşt imkanlarını müzakirə etsinlər. 

Vəkilin sözlərinə görə, bankla vaxtında və açıq ünsiyyət borcun yığılmasının və gələcək mübahisələrin qarşısını almağa kömək edir.

Vəkil əlavə edib ki, hər bir halda kredit müqaviləsinin konkret şərtləri nəzərə alınmalıdır. Buna görə də ailələr müqavilənin mətni ilə diqqətlə tanış olmalı, ödənişlərin tarixçəsini yoxlamalı və zərurət yarandıqda hüquqi məsləhət almalıdırlar.

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

122

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

120

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

118

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

122

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

231

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

115

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

134

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

159

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

126

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

196

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

128

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

139

0