Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin geri qaytardığı qanun qəbul edildi - Hansı dəyişikliklər oldu?  

Prezidentin geri qaytardığı qanun qəbul edildi - Hansı dəyişikliklər oldu?  

CƏMİYYƏT

430

23.10.2026, 19:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezidentin geri qaytardığı rəqəmsal güzəştlərlə bağlı qanun yenidən qəbul edilərək təsdiqlənib.

Oxu24.com  xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözügedən dəyişiklikləri şərh edib.

O əsas yenilikləri qeyd edib:

• Texnopark rezidentləri üçün müəyyən şərtlərlə 20 illik vergi və sosial sığorta güzəştləri nəzərdə tutulur.

• İri İT şirkətlərinin güzəştlərdən yararlanması yalnız ixrac göstəriciləri və ixrac gəlirlərinin ölkəyə daxil olması ilə şərtləndirilir. (Əvvəlki versiyada belə bir məhdudlaşma yox idi)

• Startaplara və vençur investisiyalarına yeni vergi təşviqləri tətbiq edilir.

• Frilanserlərin, rəqəmsal səyyahların və xarici İT mütəxəssislərinin fəaliyyəti üçün yeni hüquqi imkanlar yaradılır.

• İnnovativ məhsulların dövlət satınalmalarında iştirakı asanlaşdırılır, pilot layihələrin tətbiqi üçün mexanizmlər müəyyən edilir.

• Tədqiqat, innovasiya və yeni texnoloji məhsulların yaradılması üçün əlavə vergi təşviqləri nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, bu güzəştlər yerli ekosistemin inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir: "Xüsusilə startapların dövlət satınalmalarına çıxışı, investorların təşviqi və iri şirkətlər üçün ixrac şərtləri sektorda yeni inkişaf imkanları aça bilər.

Dəyişikliklər böyük İT şirkətlərin də inkişafını stimullaşdıracaq, onların  dövlət sifarişlərindən asılılığını azaldacaq.

Bu dəyişikliklər həm də onların xarici bazarlara çıxışına, rəqabətqabiliyyətli texnoloji məhsullar yaratmasına və ölkəmizdə real əlavə dəyərin formalaşmasına ciddi stimul verəcək".

O. Gündüzün fikrincə, bu istiqamətdə dəyişikliklər xeyli gec reallaşıb: "İndi əsas məsələ qanunun necə tətbiq olunmasıdır. Xatırlayıram ki, əvvəllər güzəştlərdən yararlanan İT şirkətlərin texnopark rezidenti olaraq təsdiqi prosesi elə də şəffaf deyildi, qanunvericilikdə nəzərədə tutulan struktur formalaşmamışdı. Düşünürəm ki, güzəştlərin verilməsi şəffaf olmalı, nəticələri ölçülməli, dövlət dəstəyinin real iqtisadi faydası qiymətləndirilməlidir". 

Xatırladım ki, İT sektoruna geniş vergi və digər güzəştləri nəzərdə tutan qanun Prezident tərəfindən imzalanmadan yenidən baxılması üçün parlamentə qaytarılmışdı. Bu qanun Milli Məclis tərəfindən 14 iyulda qəbul edilmişdi. Bundan sonra Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsən parlamentdə iştirak edərək qanunun təkmilləşdirilmiş variantını təqdim etmişdi. Ölkə.az

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

19:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

99

0
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

19:49 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

107

0
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:36 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

117

0
Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

19:31 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

112

0
Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

19:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

121

0
Prezidentin Antalya səfəri hansı siyasi mənanı daşıyır?-DEPUTATLA MÜZAKİRƏ

19:15 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin Antalya səfəri hansı siyasi mənanı daşıyır?-DEPUTATLA MÜZAKİRƏ

148

0
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü 

19:09 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü 

109

0
Sürücülərin diqqətinə! Bu yol açıldı

19:03 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sürücülərin diqqətinə! Bu yol açıldı

115

0
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib

18:58 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib

117

0
Azərbaycanlılar xaricə səfərlərdə niyə daha az pul xərcləyir? – İLGİNC DETALLAR AÇIQLANDI

18:50 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanlılar xaricə səfərlərdə niyə daha az pul xərcləyir? – İLGİNC DETALLAR AÇIQLANDI

121

0
Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

18:42 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

1540

0
Monteneqro Prezidenti Azərbaycana gələcək  

18:40 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Monteneqro Prezidenti Azərbaycana gələcək  

114

0