Əliyevin Ərdoğanla səmimi təmasları mühüm siyasi və diplomatik məna daşıyır -DEPUTAT
13 Noyabr 2026, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
244
23.10.2026, 23:30
Bu “renessansın” da arxasında “kim daha çox cahilə sahib olacaq” yarışına girmiş iki ölkə var: İran və Türkiyə.
Orta əsrlərdə müsəlmanlar Qərb orientalizminin qarşısında islamın cihadist gücüylə dayana bilmişdilər. Bu gücün tükənmədiyinə bu gün də inananlar var. Halbuki islamın cihadist gücü at və qılınc dövrü üçün keçərli idi.
Birinci Dünya müharibəsində meydana çıxan tanklar Osmanlını yer üzündən sildi, İranı isə islamın “yumşaq qarnı” halına gətirdi. Savaşın peykdən idarə olunduğu dövrdə heç bir müsəlman ölkəsi öz ərazisindən kənarda savaşa bilməz.
Yəni bu gün Türkiyədə əlli dənə II Mehmet, İranda yetmiş dənə Nadir şah olsa da, müsəlman coğrafiyasının kənarında heç bir milçək də ovlaya bilməzlər. O zaman bu cahil cəsarəti nəyə lazımdır?
Dollar yandırmağa, koka-kola dağıtmağa, nə bilim, səfirlik filan daşlamağa və s.
Qərbin post-kolonial siyasətinin istədiyi də bu deyilmi? Dollar yandırmaqdan, koka-kola dağıtmaqdan, səfirlik filan daşlamaqdan başqa bir işə yaramayan islami bir güc! Cəhalətin renessansının verdiyi cəsarət bundan artıq ola bilməz.
Məsələn, biz Qarabağ məsələsində belə bir evdar cəsarətlə silahlansaydıq xristian dünyasının işğalında olan torpaqlarımızın bir qarışını da ala bilməyəcəkdik.
Çoxları elə bilir ki, biz, sadəcə, ermənilərlə döyüşmüşük. Belə düşünmək üçün çox əbləh olmaq lazımdır. Biz bütün xristian dünyası ilə döyüşdük və nə yaxşı ki, bu döyüşdə Türkiyədən və İrandan ixrac olunan cəhaləti yaxına buraxmadıq.
Buraxsaydıq, indi yəqin ki, hərdənbir “3-ün kruqunda” erməni bayrağı tapdalayıb evlərimizə dağılışmaqda başqa əlimizdən bir iş gəlməyəcəkdi.
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.