Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
244
23.10.2026, 23:08
Qara ciyərin yağlanması çox vaxt yalnız həzm sistemi ilə bağlı problem kimi qəbul edilir. Lakin həkimlər bildirir ki, bu vəziyyət ürək-damar sisteminə də təsir göstərə bilər. Xüsusilə alkoqolla əlaqəsi olmayan qara ciyər yağlanması xolesterin mübadiləsinin pozulmasına səbəb ola bilər ki, bu da uzun müddətdə ürək problemlərinin yaranma riskini artırır.
Kardioloq Azər Mustafayev Oxu24.com-a açıqlamasında qara ciyər yağlanması ilə ürək xəstəlikləri arasındakı əlaqəyə toxunub. O bildirib ki, ilk baxışda bu iki orqan bir-biri ilə əlaqəsiz görünsə də, qara ciyər yağlanması ürək problemlərinin səbəblərindən biri hesab oluna bilər. Həkim vurğulayıb ki, söhbət alkoqolsuz qara ciyər yağlanmasından gedir.
Mütəxəssisin sözlərinə görə, bu halda orqanizmdə xolesterin mübadiləsi pozulur. Xolesterinin səviyyəsi yüksəldikdə o, damar divarlarında toplanır və ürək damarlarında problemlərin yaranmasına zəmin yaradır. Zaman keçdikcə bu proses ürək xəstəliklərinə gətirib çıxara bilər.
A.Mustafayev qeyd edib ki, qara ciyər yağlanması olan xəstələr bu vəziyyətə ciddi yanaşmalı, onu diqqətdən kənarda qoymamalıdırlar. Həkimin fikrincə, problemin vaxtında müalicəsinə başlamaq həm qara ciyərin, həm də ürəyin sağlamlığının qorunması baxımından vacibdir.
Kardioloq həmçinin vurğulayıb ki, bu proses qısa müddətdə baş vermir. Onun sözlərinə görə, "bu gün qara ciyərim yağlanıb, sabah ürək xəstəliyi yaranacaq" kimi bir vəziyyət olmur. Ürək problemləri tədricən, bir neçə il ərzində formalaşır. Məhz buna görə də xəstələr problemin ağırlaşmasını gözləməməli, qara ciyər yağlanmasını erkən mərhələdə müalicə etdirməlidirlər.
Müalicə üsullarından danışan A.Mustafayev bildirib ki, qara ciyər yağlanmasının müalicəsində əsasən reabilitasiya prosedurlarından, pəhrizdən və fiziki hərəkətdən istifadə olunur. Həkim xəstələrə müalicə prosesinə məsuliyyətlə yanaşmağı və mütəxəssislərin tövsiyələrinə əməl etməyi məsləhət görüb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qara ciyər yağlanması və ya xolesterin mübadiləsinin pozulması ilə bağlı şübhə yarandıqda özbaşına müalicəyə başlamaq düzgün deyil. Belə hallarda həkimə müraciət edərək müayinədən keçmək və fərdi müalicə planı almaq lazımdır.
Nigar
00:34 / 13 Noyabr 2026
33
00:18 / 13 Noyabr 2026
49
00:17 / 13 Noyabr 2026
61
23:53 / 12 Noyabr 2026
381
23:51 / 12 Noyabr 2026
61
23:40 / 12 Noyabr 2026
105
23:34 / 12 Noyabr 2026
76
23:24 / 12 Noyabr 2026
450
23:20 / 12 Noyabr 2026
77
23:19 / 12 Noyabr 2026
79
23:18 / 12 Noyabr 2026
83
23:12 / 12 Noyabr 2026
83
23:03 / 12 Noyabr 2026
86
23:02 / 12 Noyabr 2026
181
22:59 / 12 Noyabr 2026
83
22:55 / 12 Noyabr 2026
95
22:49 / 12 Noyabr 2026
114
22:40 / 12 Noyabr 2026
92
22:24 / 12 Noyabr 2026
158
22:21 / 12 Noyabr 2026
100
22:13 / 12 Noyabr 2026
111
21:55 / 12 Noyabr 2026
102
21:39 / 12 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.