Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
281
23.10.2026, 23:44
Aynur Məmmədiyyə qızı Sofiyeva 19 iyul 1970-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir.
1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.
1998–2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrosmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrosmeyster adını qazanmışdır. 2002–2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.
2007-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Xəyallardan cənnət gördün yerləri,
Ziyarətin xəlvət gördün Pirlərin,
Anaların “ayaqaltı” sirlərin,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Sən çiçək fəslisən, bahar gülüsən,
Bir elin sözüsən, elin dilisən,
Alqışların gur səsisən, zilisən,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Sən Ayın nuruyla yollara çıxdın,
Quru səhralardan sulara çıxdın,
Öz Qaya ömrünlə “xal”lara çıxdın.
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Kürsü davaları hələ bitməyib,
Hələ içimizdən yağı getməyib,
Bu qoca dünyanı “qatı” örtməyib,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Şahmatda əksin var – ağıl oynuna,
Hədəfdən-hədəfə nağıl oynuna,
Mülkü Süleymana “paxıl” oynuna,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Həyatında sevic dolu əsim var,
Nəfəsində dünya boyda nəsim var,
Titrəyişin, həyacanın həzin var,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Ana qəlbi bir məşəldi - əldədi,
Hörüklənən buludları teldədi,
Qələbəsi toy-büsatdı, eldədi,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Massaget Tomrisin oxşarı xanım,
Şahmatın qalibi, əfşarı xanım,
Millətin, dövlətin aşkarı xanım,
Dünya bəxtəvərdi Günəş üzünə,
Sülh adlı sevgiyə, barış sözünə!
Əmir Pəhləvan
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.