DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
353
23.10.2026, 12:52
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.
Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.
Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
21:24 / 13 Noyabr 2026
1
21:03 / 13 Noyabr 2026
51
20:58 / 13 Noyabr 2026
56
20:50 / 13 Noyabr 2026
532
20:41 / 13 Noyabr 2026
82
20:37 / 13 Noyabr 2026
78
20:35 / 13 Noyabr 2026
51
20:20 / 13 Noyabr 2026
89
20:09 / 13 Noyabr 2026
268
20:06 / 13 Noyabr 2026
82
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
260
19:53 / 13 Noyabr 2026
198
19:41 / 13 Noyabr 2026
114
19:38 / 13 Noyabr 2026
674
19:35 / 13 Noyabr 2026
100
19:30 / 13 Noyabr 2026
337
19:28 / 13 Noyabr 2026
158
19:23 / 13 Noyabr 2026
105
19:05 / 13 Noyabr 2026
104
18:59 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
102
18:50 / 13 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.