Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI
06 Avqust 2026, 18:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
129
03.08.2026, 13:54
Binalarda enerji sərfinin hesablanması metodologiyası təsdiq edilib.
Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərar tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfinə (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması qaydasını və üsullarını müəyyən edir.
Binalarda enerji sərfinin müəyyən edilməsi zamanı bütün enerji daşıyıcıları üzrə enerji istehlakı eyni hesabat dövrü üçün qiymətləndirilir. Əvvəlki dövr ərzində enerji daşıyıcıları üzrə uçot aparılmayıbsa, binanın enerji sərfinin müəyyən edilməsi mümkün hesab edilmir. Binanın enerji sərfinin müəyyən edilməsi dövrü tam illərlə ifadə olunur. Binanın enerji sərfinin müəyyən edilməsi dövrü tam illik deyilsə, illik enerji sərfi ekstrapolyasiya metodu ilə hesablanır.
Binanın enerji sərfinin müəyyən edilməsi dövrü beş ildən azdırsa, iqlim göstəricilərinə görə enerji istehlakında düzəliş edilir. Binalarda enerji sərfinin müəyyən edilməsi dövründə binada müəyyən dəyişikliklər edilmişdirsə, bu dəyişikliklər binanın enerji effektivliyinə 10 faizdən artıq təsir göstərirsə, əvvəl əldə olunmuş məlumatlar binanın enerji sərfinin müəyyən edilməsi üçün istifadə olunmur. Dəyişikliklər 10 faizə qədər təsir edirsə, bu halda əvvəlki məlumatlar müvafiq hesablamalarla əsaslandırılmış düzəlişlərlə istifadə edilir.
Elektrik enerjisi, qaz və istilik enerjisi təchizatçıları və ya bina mülkiyyətçisi tərəfindən təqdim olunan hesab-fakturalar, tələblər nəzərə alınmaqla, müvafiq enerji daşıyıcılarının faktiki istehlak həcminin hesablanması üçün əsas kimi istifadə oluna bilər. Bir sayğac ilə ötürülmüş enerji daşıyıcısı bir neçə texniki bina sistemi və ya müxtəlif məqsədlər üçün istehlak olunarsa, bu enerji daşıyıcısı üzrə istehlak müvafiq sistemlər və məqsədlər üzrə mütənasib olaraq bölüşdürülür.
Binalarda enerji sərfinin müəyyən edilməsi dövrünün əvvəlində və sonunda maye yanacaq çənindəki səviyyə kalibrlənmiş miqyas vasitəsilə ölçülür. Bu dövrdə maye yanacaq sərfiyyatı dövrün əvvəlində çəndə olan yanacaq miqdarından dövrün sonunda qalan miqdarın çıxılması və həmin dövrdə alınmış yanacağın bu fərqə əlavə edilməsi yolu ilə müəyyən olunur.
Binada qaz istehlakı sıxılmış (mayeləşdirilmiş) qaz balonları ilə təmin edilərsə, bu zaman binanın enerji sərfinin müəyyən edilməsi dövründə qaz sərfi sıxılmış qaz balonlarının sayı üzrə hesablanır.
İstilik enerjisi və isti su təchizatı üçün istifadə olunan qazan qurğusu sabit gücdə işləyirsə və sayğacla təchiz olunubsa, istehlak olunan yanacağın miqdarı binalarda enerji sərfinin müəyyən edilməsi dövrünün əvvəlində və sonunda oxunan göstəricilər arasındakı fərq ilə cihazın axın sürətinin (litr/saat, m3/saat, kq/saat) hasilinə bərabərdir. Cihazın axın sürəti ilk oxunuşdan əvvəl və hər tənzimləmə vaxtı və ya təmizləmədən sonra ölçülür.
Qeyd edək ki, binanın illik enerji sərfinin hesablanması və enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı aşağıdakı sistemlər nəzərə alınır:
- istilik təchizatı;
- soyuqluq təchizatı;
- isti su təchizatı;
- işıqlandırma sistemləri;
- təbii və mexaniki havalandırma sistemləri.
Binada quraşdırılmış və binanın funksional ehtiyaclarını təmin edən digər enerji istehlak edən sistemlər enerji sərfinin hesablanması zamanı nəzərə alınır, lakin binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı nəzərə alınmır.
Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla, digər enerji mənbələrindən istifadə zamanı istixana qazlarının ətraf mühitə olan emissiyaları bu metodologiyaya uyğun hesablanır.
18:47 / 06 Avqust 2026
27
18:45 / 06 Avqust 2026
12
18:40 / 06 Avqust 2026
32
18:34 / 06 Avqust 2026
34
18:09 / 06 Avqust 2026
23
17:55 / 06 Avqust 2026
50
17:35 / 06 Avqust 2026
39
17:15 / 06 Avqust 2026
73
16:55 / 06 Avqust 2026
71
16:40 / 06 Avqust 2026
79
16:15 / 06 Avqust 2026
99
16:15 / 06 Avqust 2026
82
15:55 / 06 Avqust 2026
74
15:53 / 06 Avqust 2026
96
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
73
15:15 / 06 Avqust 2026
89
14:59 / 06 Avqust 2026
99
14:58 / 06 Avqust 2026
83
14:45 / 06 Avqust 2026
93
14:27 / 06 Avqust 2026
114
14:17 / 06 Avqust 2026
101
14:14 / 06 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.