Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi
18 İyun 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
167
16.06.2026, 13:24
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb.
Eyni zamanda mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.
Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
01:32 / 18 İyun 2026
87
00:29 / 18 İyun 2026
125
23:39 / 17 İyun 2026
227
23:17 / 17 İyun 2026
202
23:10 / 17 İyun 2026
202
22:30 / 17 İyun 2026
143
22:16 / 17 İyun 2026
131
21:52 / 17 İyun 2026
101
21:42 / 17 İyun 2026
120
21:18 / 17 İyun 2026
146
21:01 / 17 İyun 2026
115
20:51 / 17 İyun 2026
135
20:34 / 17 İyun 2026
104
20:23 / 17 İyun 2026
141
20:17 / 17 İyun 2026
276
19:54 / 17 İyun 2026
118
19:34 / 17 İyun 2026
143
19:29 / 17 İyun 2026
140
19:12 / 17 İyun 2026
175
18:53 / 17 İyun 2026
150
18:47 / 17 İyun 2026
115
18:29 / 17 İyun 2026
173
18:16 / 17 İyun 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.