Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
17.06.2026, 20:23
Məhərrəmlik ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsində ənənəvi olaraq müəyyən azalma müşahidə olunur. Bu vəziyyət şadlıq evləri, musiqi qrupları, foto-video xidmətləri və digər toy sektoru iştirakçılarının fəaliyyətinə təsir göstərir. Bununla belə, bu dövrdə keçirilməyən məclislərin sonrakı aylara təxirə salınması bazarda müvəqqəti durğunluğun ardınca sifarişlərin artmasına səbəb olur.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması Azərbaycan bazarında hər il təkrarlanan mövsümi iqtisadi hadisələrdən biridir:
“Toy bazarı Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Bu dövrdə şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları, dekorasiya şirkətləri, gül satışı, şirniyyat istehsalı və digər əlaqəli xidmət sahələrində fəaliyyət nisbətən zəifləyir. Lakin bu, bazarda tələbin tam yox olması deyil, sadəcə müəyyən müddətə təxirə salınması deməkdir. Adətən Məhərrəmlikdən sonra gözləmə mövqeyində olan ailələrin eyni vaxtda toy tarixləri müəyyənləşdirməsi bazarda qısamüddətli tələb artımı yaradır. İqtisadi baxımdan bu proses "təxirə salınmış tələbin bazara qayıtması" kimi xarakterizə olunur. Tələbin qısa müddətdə artması isə bəzi xidmət növlərində qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə məşhur şadlıq sarayları, tanınmış musiqi kollektivləri, fotoqraflar və digər yüksək tələbatlı xidmət təminatçıları üçün rezervasiyaların sürətlə dolması qiymət artımı üçün əlverişli şərait yaradır. Bazarın təklif imkanları məhdud olduğu halda tələbin artması klassik bazar qanunlarına uyğun olaraq qiymətlərə təsir göstərir”.
O deyib ki, qiymət artımının kəskin olacağını gözləmirəm:
“Çünki toy bazarında rəqabət kifayət qədər yüksəkdir. Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları və xidmət şirkətləri qiymətlərin nəzarətsiz yüksəlməsinə imkan vermir. Əksinə, bəzi hallarda müəssisələr boş qalmamaq üçün kampaniyalar və endirim paketləri də təklif edirlər. Son illərdə ailələrin toy xərclərinə yanaşmasında da dəyişiklik müşahidə olunur. Əhalinin gəlirləri, inflyasiya amili və ümumi iqtisadi şərait daha rasional xərc davranışını təşviq edir. Bir çox ailələr artıq daha böyük və təmtəraqlı məclislərdən çox, büdcələrinə uyğun seçimlərə üstünlük verirlər. Bu da xidmət göstərən müəssisələrin qiymət siyasətinə təsir edən mühüm amillərdən biridir. Əgər Məhərrəmlikdən sonrakı dövrdə toy sifarişlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artarsa, qiymət artımı daha çox premium seqmentdə özünü göstərə bilər. Yəni yüksək reytinqli şadlıq saraylarında, məşhur aparıcı və musiqi qruplarında qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir. Orta və aşağı qiymət seqmentlərində isə rəqabət amili qiymətlərin daha sabit qalmasına səbəb olacaq. Məhərrəmlikdən sonra toy bazarında canlanma əlbəttə ki, olacaq. Lakin bu canlanmanın bütün bazar üzrə kəskin qiymət sıçrayışı yaratmasından daha çox, müəyyən xidmət növlərində və populyar məkanlarda lokal qiymət artımları ilə müşayiət olunacağını gözləmək daha real görünür. Toy bazarında qiymətləri müəyyən edən əsas amil mövsümi canlanma deyil, tələb və təklif arasındakı balansdır. Tələb müvəqqəti artır, lakin rəqabət bazarın qiymətləri həddindən artıq yüksəltməsinin qarşısını alan əsas mexanizm olaraq qalır”.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.