Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
668
18.06.2026, 00:29
Havaların istiləşməsi ilə əlaqədar olaraq sürünənlərin, xüsusilə ilan və digər zərərvericilərin yaşayış ərazilərinə daxil olması halları artır. Bu vəziyyət həm həyətyanı sahələrdə, həm də fərdi yaşayış evlərində təhlükəsizliklə bağlı narahatlıqları gündəmə gətirir. Vətəndaşlar isə belə halların qarşısını almaq üçün hansı tədbirlərin daha effektiv olduğunu araşdırmağa başlayır. Bəs ev və həyətyanı sahələr sürünənlərdən necə qorunmalıdır və ən təsirli üsul hansıdır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, əgər ev həyətyanı sahəli fərdi yaşayış tikintili evdirsə, həmin ərazidə 6 millik gözlü metal torlardan istifadə etmək lazımdır ki, uşaq meydançalarına fiziki müdaxilənin qarşısı alınsın:
"O cümlədən ilanlara və digər sürünənlərə qarşı müvafiq dərmanlama işləri aparılmalıdır. Bu işlər ya xüsusi ixtisaslaşmış lisenziyalı təşkilat və müəssisələr cəlb edilməklə, müvafiq ödəniş qarşılığında həyata keçirilə bilər, ya da alternativ olaraq yanmış kükürd tozundan istifadə etmək mümkündür, bu daha ucuz və səmərəli hesab olunur və prosesi davamlı şəkildə aparmaq olar. Çünki dərmanlama aparılsa belə, günəş şüası və ya yağıntılar həmin maddələrin təsirini azaldır və keyfiyyəti aşağı salır, buna görə proses mövsüm boyu mütəmadi şəkildə icra olunmalıdır. Sürünənlərin qarşısını almağın ən optimal yolu isə digər zərərvericilərin kökünü kəsməkdir. Belə ki, siçan və siçovullar kimi gəmiricilər yemək qalıqları olan ərazilərə sürünənləri ov məqsədilə cəlb edir və əgər bu gəmiricilərin yayılmasının qarşısı alınsa, ilanların da həmin ərazilərə gəlməsi əhəmiyyətli dərəcədə azalır",- deyə o qeyd edib.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.