Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
541
17.06.2026, 21:01
Oxu24.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları regionda sülhün gələcəyi ilə bağlı müzakirələri yenidən alovlandırıb. Baş nazir hökumətin və parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının əsas diqqətini Azərbaycanla sülh prosesinə yönəltdiyini bəyan edib. İrəvandan gələn bu açıqlamalar fonunda cəmiyyəti düşündürən əsas sual budur: Ermənistan real sülh müqaviləsini imzalamağa hazırdır, yoxsa bu, növbəti bir manipulyasiya və sülh imitasiyasıdır? Faktiki olaraq danışıqlar masasında bizi nə gözləyir?
Mövzu ilə bağlı saytımıza açıqlama verən politoloq Məhəmməd Əsədullazadə regiondakı pərdəarxası məqamları və masadakı reallıqları şərh edib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq konkret və rəsmi sülh gündəliyi mövcuddur. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Ermənistan tərəfi ilə aparılan danışıqlar məhz bu sülh gündəliyinə əsaslanır.
Ekspertin sözlərinə görə, tərəflər arasında sülh mətninin paraflanması, yəni əsas bəndlərin ilkin razılaşdırılması prosesi artıq baş tutub.
Ermənistandakı daxili siyasi vəziyyətə və konstitusiya böhranına toxunan M. Əsədullazadə vurğulayıb ki, Paşinyanın partiyası parlamentdə konstitusiya dəyişikliyi (Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması) üçün yetərli sayda mandat qazana bilməyib. Lakin politoloq hesab edir ki, bu hüquqi xaos Paşinyanın sülhdən qaçacağı mənasına gəlmir:
“Ermənistanda hakim partiya parlamentdə konstitusiya səlahiyyəti qazana bilməsə də, bu o demək deyil ki, Nikol Paşinyan yekun sülh müqaviləsinə getməyəcək. Hesab edirəm ki, Nikol Paşinyan regiondakı reallıqları artıq qəbul edib. Onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası və parlamentdəki fraksiyası Azərbaycanla yekun sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Paşinyan hökuməti bu konstitusiya maneəsini aşmaq və sülh müqaviləsini bağlamaq üçün yaxın gələcəkdə mütləq müəyyən bir hüquqi yol tapacaq".
Ermənistan daxilində sülh prosesinə qarşı çıxan revanşist qüvvələrə diqqət çəkən politoloq qeyd edib ki, müxalifət təbii olaraq bu prosesə kəskin şəkildə qarşıdır. Lakin buna rəğmən, hakimiyyət öz siyasi varlığını qorumaq üçün tezislərini məhz sülh üzərində qurmağa məcburdur:
“Ermənistan hakimiyyəti bu zamanı bilsə də, bilməsə də, proseslərə daha praqmatik yanaşmağa məcburdur. Çünki artıq kifayət qədər uzun bir yol gəlinib. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, zamanı uzatmaq onların əleyhinə işləyir. İrəvanın indiki sülh bəyanatları sadəcə imitasiya deyil, real zərurətdən doğan praqmatik addımlardır".
Masada bizi nə gözləyir?
Məhəmməd Əsədullazadə xüsusilə vurğulayıb ki, sülh müqaviləsi masada təkcə siyasi deyil, həm də ciddi iqtisadi komponentləri ehtiva edir. Sülh Ermənistan üçün blokadadan çıxmaq və iqtisadi nəfəslik əldə etmək deməkdir:
“Hazırda Azərbaycanla Ermənistan arasında artıq müəyyən iqtisadi əlaqələrin formalaşması tendensiyası da var. Bu iqtisadi maraqlar və logistik xətlərin açılması perspektivi sülh prosesini sürətləndirən əsas amillərdəndir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, proses tamamilə sülh müqaviləsinin imzalanması istiqamətindədir və Ermənistan tərəfi yaxın müddətdə bu sənədi imzalamaq üçün hüquqi mexanizm tapacaq".
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.