Gürcüstan 91 əcnəbini deportasiya edib
10 Noyabr 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
632
17.06.2026, 21:18
Rusiya neftinin dünya bazarına qanunsuz yollarla çıxarılmasını təmin edən və beynəlxalq sanksiyalardan yayınmaq üçün yaradılmış “kölgə donanması”na qarşı beynəlxalq təzyiqlər pik həddə çatıb.
Oxu24.com xəbər verir ki, həm Ukrayna Silahlı Qüvvələri, həm də Qərb müttəfiqləri bu donanmanın fəaliyyətini məhdudlaşdırmaq üçün hərbi və hüquqi addımları genişləndirirlər.
Ukrayna Silahlı Qüvvələri iyunun 16-dan 17-nə keçən gecə Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid “FINA A” tankerini məhv edib. Avropa İttifaqı və Böyük Britaniya başda olmaqla bir çox ölkənin sanksiyalar siyahısında olan bu tanker Rusiyanın neft və neft məhsullarının gizli daşınmasında əsas fiqurlardan biri sayılırdı. Ukrayna tərəfinin bu addımı Rusiyanın dəniz logistikasına endirilən ağır zərbə kimi qiymətləndirilir.
Eyni zamanda, Birləşmiş Krallıq da Rusiya gəmilərinin sanksiyaları pozması ilə bağlı sərt mövqe nümayiş etdirir. Baş nazir Kir Starmer La-Manş sularından keçməyə cəhd edən Rusiya “kölgə donanması”na məxsus daha bir neft tankerinin Britaniya hərbi qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb. Fransa isə daha öncə "Tagor" tankerini saxlayaraq, gəmi kapitanını sanksiyaları pozduğuna görə həbs edib. Hazırda həmin kapitanı bir ilədək azadlıqdan məhrumetmə və külli miqdarda cərimə gözləyir.
Xatırladaq ki, Rusiya sanksiyalar altında olan neftin dünya bazarlarına ixracını davam etdirmək üçün xarici ölkələrin bayraqları altında üzən 800-1000 arası gəmidən ibarət qeyri-rəsmi donanma formalaşdırıb. Lakin Ukraynanın hərbi zərbələri və Qərb ölkələrinin dəniz sularında həyata keçirdiyi ciddi nəzarət tədbirləri Rusiyanın bu gizli donanması üçün artıq böyük təhlükəyə çevrilib.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.